Redaksiya

Rusiya və Türkiyə birbaşa dəmiryol əlaqəsi qurdu

Türkiyə və Rusiya birgə Samsun-Qafqaz dəmiryol-bərə xəttini işə salıblar. Trend-in çərşənbə axşamı Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib. Nazirin sözlərinə görə, Rusiyanın cənubu və Türkiyənin şimalı ən qısa yolla yeni dəhlizlə birləşdiriləcək, Rusiya ərazisində dəhlizin daxili rayonlarla, şərq, şimal və qərblə…

Tam mətn

Hərbi xidmət yaşını artırmaq məqbul sayılmayıb

Hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb. Parlamentdən APA-ya verilən məlumata görə, təkliflər artıq geri qaytarılıb. Təklifin “Hərbi xidməti keçmə” haqqında qanuna salınması parlamentin Təhlükəsizlik və müdafiə komitəsində məqbul hesab edilməyib. “Milli Məclisin müvafiq komitəsi…

Tam mətn

Moskvada 50-dən çox azərbaycanlı avtoritet yaxalanıb

Moskva polisinin keçirdiyi əməliyyat nəticəsində kriminal qrupların iki gizli toplantısında iştirak edən 90-a yaxın şəxs yaxalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 50-dən çox azərbaycanlının qatıldığı və Preobrajensk küçəsində keçirilən toplantıların birində kriminal avtoritetin “tacqoyma mərasimi” keçirilməliymiş. Onlar saxlanılarkən silahlarını atmaq istəyiblər. Moskva şəhərinin şimal-qərbində, Volokolamsk şosesindəki hamamda…

Tam mətn

Sankt-Peterburq məhkəməsi 3 azərbaycanlını məhkum etdi

Sankt-Peterburq məhkəməsi 2007-2009-cu illərdə şəhərdə fəaliyyət göstərmiş cinayətkar qrupun üç azərbaycanlı üzvü haqqında hökm çıxarıb. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Gəray və Məhəmmədəli Abdıyevlər və onların qardaşı oğlu Vüqar Abdıyev 2007-2009-cu illərdə Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti göstərən azərbaycanlılar üzərində kriminal nəzarət yaratmaq üçün çoxsaylı ağır cinayətlər, o cümlədən…

Tam mətn

Avtomaşından AKM çıxdı

Şamaxıda silahlı insident törədən bir qrup şəxs tutulub. DİN saytına istinadən, Qobustan Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Təklə kəndi ərazisində yolun kənarında dayanan «Niva» markalı avtomaşında olan 4 naməlum şəxs şübhə doğurduqlarından avtomaşına baxış keçirilib və orada 1 ədəd «AKM» silahı aşkar edildiyindən onlar Rayon Polis Şöbəsinə…

Tam mətn

Azerspace ixrac marşrutlarının təhlükəsizliyinə nəzarət edəcək

Azerspace/Africasat-1a peykinin resurslarından Avropaya enerji resurslarının çatdırılması üçün istifadə olunan Bakı-Tbilisi-Ceyhan və başqa boru kəmərləri kimi layihələrin təhlükəsizliyinin təmin olunması üçün istifadə olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, hazırda bütün bu məqsədlər üçün Turksat peykindən…

Tam mətn

Sarqsyan seçkilərdə qalib gəlib

Ermənistanın indiki rəhbəri Serj Sarqsyan 1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra 58,64 faiz səslə prezident seçkilərində qalib gəlib. Bu barədə RİA Novosti xəbər verir.İkinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistan XİN-in ilk rəhbəri (1991-92-ci illər) Raffi Ovannisyandır. Üçüncü yerdə böyük geriləmə ilə — 2,15 faiz (31,643…

Tam mətn