Redaksiya

ATİB: Azərbaycan və Türkiyə, əsasən, Rusiyada birgə sərmayə yatırırlar

Sayı 86-ya çatan Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) daxil olan şirkətlər Azərbaycana yatırımları artırmaq fikrindədirlər. Trend-in məlumatına görə, bu barədə cümə günü ATİB-in rəhbəri Cemal Yanqın bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ATİB üzvlərinin Azərbaycan iqtisadiyyatına investisiyaları bir milyard dollar artaraq dörd milyard dollar təşkil edəcək. Yanqın qeyd edib…

Tam mətn

Naibə Allahverdiyeva seriala çəkilir

Gənc Tamaşaçılar Teatrınn aktrisası Naibə Allahverdiyeva inadından vaz keçib nəhayət seriallardan birində çəkilmək dəvətini qəbul edib. Bu, yenicə istehsalı başlayan “Vaxtsız əsən ruzigar” serialıdır. Aktrisanın bildirdiyinə görə, filmdə ana rolunu ifa edəcək: “Əslində dəvəti qəbul etməyimə səbəb tamaşaçıların sözü oldu. Kim məni görürsə, eyni sualı verir – niyə seriala…

Tam mətn

«RoyalBank»ın filial müdirləri qandallandı

RoyalBank ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. Baş Prokurorluq mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, ASC-nin «Tovuz» filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan…

Tam mətn

ARDNŞ Elm Fondu müsabiqə elan edib

ARDNŞ Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri (bundan sonra — layihələr) dəstəkləmək, Azərbaycan MEA sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və yaradıcı…

Tam mətn

Yalamadan Rusiyaya qaça bilmədi

Bakı şəhər Prokurorluğu Nizami rayonunda törədilən ölümə qəsd hadisəsi ilə bağlı məlumat yayıb. Nizami rayon prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qəsdən adamöldürməyə cəhd etmiş və hadisə yerindən qaçmış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib. Fevralın 9-da saat 23:30 radələrində…

Tam mətn

Ali Məhkəmə “Yehova Şahidləri”ni razı salmadı

Ali Məhkəmədə “Yehova Şahidləri” dini icması, həmçinin icmanın üzvləri Akçurina Gülsira Qayazovna və Məmmədəliyeva Kamila Şövkətovnanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasına baxılıb. APA-nın məlumatına görə, iddiaçılar Dövlət Komitəsinə qarşı ədəbiyyatın məhdudiyyətsiz idxalına icazə verilməsi barədə iddia qaldırıblar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya…

Tam mətn

Ölkədə qripin heç bir növü, o cümlədən “donuz qripi” yoxdur

Azərbaycanda qripin heç bir növünə, o cümlədən “donuz qripi”nə rast gəlinmir. Ölkədə kəskin respirator virus infeksiyaları qeydiyyata düşüb, qrip xəstəliyi isə yoxdur. Bu açıqlamanı APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Rusiyanın Puşkino şəhərində 8 yaşlı uşağın “donuz qripi”ndən ölməsinə dair xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə…

Tam mətn