Redaksiya

Şirvanda silahlı insident: 1 ölü, 3 yaralı

Hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Qonşular arasında silahlı insidentdə dörd nəfər güllə yarası alıb. Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb (APA). …

Tam mətn

Basketbol yığmamız ABŞ komandasına qalib gəlib

Qırğızıstanın Bişkek şəhərində kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ardıcıl 3 dəfə (2010-2012) qalibi olduğu yarışa bu dəfə də qələbə ilə başlayıb. Asiyaya legionerlərsiz yollanan yığmamız turnirin ilk matçında ABŞ-ın “AİA” klubu ilə qarşılaşıb. Baş məşqçi Elxan Əliyevin yetirmələri şimali amerikalılarla…

Tam mətn

Merujan Kaleyan ikinci oğlunu heç bir vəchlə orduya buraxmayacaq

Ölən hərbçi Ayka Kaleyanın atası Merujan Kaleyan prezidentliyə sabiq namizəd, İrs Partiyasının lideri Raffi Ovannisyanın keçirdiyi aclıq aksiyasına qoşulub. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Kaleyan bir neçə ay əvvəl Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrin birində intihar edib. Merujan Kaleyan qeyd edib ki, oğlunun ölümü intihar kimi qələmə…

Tam mətn

Ermənistanın 2 vətəndaşı biz tərəfə keçib

Martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16:50-də, martın 17-də isə Ermənistanın İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16:20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən bizim əsgərlər tərəfindən saxlanılıblar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bi iki nəfərin…

Tam mətn

Prezident terakt qurbanı olmuş 2000-ə yaxın vətəndaşımızı xatırlatdı

Martın 18-də Bakıda «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda Beynəlxalq konfransda prezident İlham Əliyev nitqində terrorizmə qarşı mübarizənin hər zaman aktual olduğunu bildirərək demişdir ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, o hadisələr zamanı 2000-ə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını…

Tam mətn

Keyko Matsuinin konserti başqa vaxta keçirildi

Martın 11-dən 19-dək Bakıda Beynəlxalq Muğam Festivalı ilə əlaqədar olaraq, Keyko Matsuinin konsertinin təşkilatçıları 15 mart tarixinə planlaşdırılmış konsertin başqa tarixə keçirilməsi barədə qərar qəbul ediblər. Təşkilatçılar istedadlı pianoçunun pərəstişkarlarına bildirirlər ki, Keyko Matsui 27 və 28 mart tarixlərində Bakıda — Heydər Əliyev Sarayında iki konsert təqdim edəcək. Əməkdar…

Tam mətn

Həbsxanaya ət tikələrinin içində tiryək keçirə bilmədi

Fakt Qobustan həbsxanasında qeydə alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, martın 17-də əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən , CM 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; Satış məqsədi olmadan qanunsuz olaraq…

Tam mətn