Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək
Mayın 21-də Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, 3-cü dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək («APA-Economics»). Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək,…