Redaksiya

Nəsimi məhkəməsi İlqar Məmmədovu azad etmədi

Bu gün Nəsimi rayon məhkəməsi Respublikaçı Alternativ (ReAl) vətəndaş hərəkatının rəhbəri İlqar Məmmədovun girova buraxılması haqqında vəsatətə baxıb. Cinayət-Prosessual Məcəlləsinə əsasən, müttəhim ən az 10 min manata girova buraxıla bilər, deyə vəkil Fuad Ağayev Turan-a bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək, deyə vəkil bildirib. Məmmədov…

Tam mətn

Saakaşvili qolunu sındırıb, odur ki, İrəvana getməyəcək

İstanbulda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili velosipeddən yıxılıb və qolu qırılıb, bu haqda bazar ertəsi Türkiyə elektron KİV-ləri məlumat yayıb. “Hürriyet” qəzeti portalının məlumatına görə, hadisə ötən bazar Saakaşvili velosiped gəzintisinə çıxdığı zaman baş verib. Gürcüstan prezidenti xəstəxanaya aparılıb, hadisə ilə bağlı başqa ətraflı məlumat verilmir. Saakaşvilinin Türkiyə hakimiyyəti…

Tam mətn

Qış Olimpiya Oyunlarına dağ xizəyi üzrə 2-ci lisenziyanı qazandılar

Azərbaycan idmançıları Bolqarıstanın Bansko şəhərində — dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə dağ xizəyi üzrə çempionatda iştirak ediblər. MOK mətbuat xidmətinə istinadən, iki atletimiz — Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar. Elə həmin gün gənclər arasında keçirilən digər yarışlarda isə adıçəkilən atletlər müvafiq…

Tam mətn

Gimnastlarımızdan xoş xəbərlər eşidilir

Yeniyetmə gimnastlardan ibarət qrup komandamız Lissabonda Dünya kubokunun növbəti mərhələsi çərçivəsində turnirdə bürünc medallar qazanıblar. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinə istinadən, Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva 29,15 bal nəticə ilə finalda beş halqa ilə hərəkətlərdə Rusiya və Belarusdan sonra üçüncü yeri tutublar. Mayın sonunda…

Tam mətn

Dövlət bayrağının standartları pozulur

Dövlət rəmzi olan bayraqlarda dövlət standartlarının pozulması halları ilə bağlı əsas problemlər Çindən idxal olunan bayraqlarda müşahidə edilir. Bunu bazar ertəsi Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. Azərbaycanda dövlət bayrağı istehsal edən müəssisələrin az olduğuna təəssüflənən komitə rəsmisinin sözlərinə görə, Azərbaycan…

Tam mətn

Taner Yıldız: «Nabucco West» TAP-dan daha iddialıdır

Xəzər regionundan qazın Avropaya nəqli layihəsi olan «Nabucco West» TAP-dan (Trans Adriatik qaz kəməri) daha iddialıdır. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. «Avropaya qaz tədarükü üzrə yekun marşrutunun seçilməsi zamanı nəqldən əldə edilən iqtisadi mənfəət nəzərə alınacaq. Bu mənada «Nabucco…

Tam mətn

Cüdoçularımız Səlanikdə 7 medal qazandılar

Yunanıstanın Səlanik şəhərində keçirilən cüdo üzrə İliadis kubokuna yekun vurulub. 20 ölkənin qatıldığı yarışda Azərbaycan yığması 7 medal qazanıb. Apasport.az saytının məlumatına görə, millimizin heyətində ən yaxşı nəticəni Mehman Sadıqov (55 kq) göstərib. Bütün görüşlərində ipponla qalib gələn həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, yalnız finalda…

Tam mətn