Redaksiya

Human Rights Watch Bakıda zorla köçürmələrə son qoymağa çağırır

Human Rights Watch Bakıda zorla köçürmələrə son qoymağa çağırır. Azərbaycan hakimiyyəti Bakıda məcburi köçürmələr və evlərin sökülməsi kampaniyasına dərhal son qoymalıdır, — deyə Human Rights Watch hüquq müdafiə təşkilatının yeni bəyanatında deyilir. Hökumət artıq köçürülmüş olanlar da daxil olmaqla, ev sahibləri və sakinləri üçün ədalətli kompensasiyaya zəmanət verməlidir (Turan)….

Tam mətn

«Sosial müdafiəçilər» Ağdaşda pulları basıb yeyiblər

Külli miqdarda vəsait mənimsəmiş Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.»Sosial müdafiəçilər» çox yerdə olduğu kimi Ağdaşda da yoxsul və möhtac ailələr üçün nəzərdə tutulmuş pulları basıb yeyiblər. Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, ƏƏSMN tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr…

Tam mətn

Udin qardaşlarımız da Pasxa bayramını qeyd ediblər

Bu günlərdə Pravoslav dünyası bayram ovqatına köklənib. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udin qardaşlarımız da Pasxa bayramını qeyd ediblər. Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın ağsaqqalları çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət…

Tam mətn

Dələduz İran vətəndaşının şikayəti təmin olunmayıb

Dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən İran vətəndaşının şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən İran vətəndaşı Abidi Məmmədkazım Mahmudun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə elan olunan qərara əsasən, onun apellyasiya şikayətinə rədd cavabı verilib. Abidi başqa bir nəfərlə…

Tam mətn

Bölgələrdə rəssamlıq niyə inkişaf etməsin?

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il mayın 9-15-də Ağsu və İsmayıllı rayonlarında I MİRAS Rəssamlıq Simpoziumu keçirəcək. Simpoziumda məqsəd regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, Azərbaycanda rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır. Simpozium zamanı 2 gün ərzində iştirakçıların Orta yüzillər…

Tam mətn

Pedaqoji Kollec müəlliminin cəzası 1 il yüngülləşdi

Korrupsiya cinayətlərində ittiham olunan Şəki Pedaqoji Kollecinin şöbə müdirinin cəzası yüngülləşdirilib. Şəki Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun apelyasiya şikayəti üzrə məhkəmə belə bir qərar verib. Prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Qərarda qeyd…

Tam mətn

Yeniyetmə gimnastlarımız Sofiyada beşinci olublar

Yeniyetmə gimnastlardan ibarət komandamız Sofiyada bədii gimnastika üzrə Dünya kuboku çərçivəsində beynəlxalq turnirdə çoxnövlülük üzrə beşinci pilləni tutub. Azərbaycan Gimnastika Federasiyasının yaydığı xəbərə istinadən, beş halqa ilə iki tapşırığın nəticələrinə görə, kollektiv minimum nəticə, bürünc xətdən 0,4 bal aşağı, 31,45 bal toplayıblar. Marina Durundanın aktivində üç final daxil olmaqla 5-ci…

Tam mətn