Redaksiya

Azərbaycanlı diplomatların ailələri və diaspor Misirdən çıxarılıb

Misirdəki gərgin vəziyyətlə əlaqədar olaraq azərbaycanlı diplomatların ailələri və diaspor üzvləri bu ölkədən çıxarılıb. Azərbaycanın Misir səfiri Şahin Abdullayev mətbuata bildirir ki, ölkədə vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik məqsədilə Misirdəki diplomatların ailələrinin və burada yaşayan Azərbaycan diasporunun ölkədən çıxarılması barədə qərar qəbul edilib: «Çərşənbə axşamı onlar təyyarə ilə Bakıya…

Tam mətn

Rüstəm İbrahimbəyov Bakıya gələcək, yoxsa gəlməyəcək?

Rüstəm İbrahimbəyov Bakıya gələcək, yoxsa gəlməyəcək? Bu məsələ artıq həssas və qıcıqlandırıcı bir mövzuya çevrilib. Məsələn, Rüstəm İbrahimbəyovun bu sual ətrafında mətbuatda işlətdiyi ifadələr Müsavat Partiyası tərəfindən birmənalı qarşılanmayıb. Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə aşıqlamasında Rüstəm İbrahimbəyovun işlətdiyi ifadələri yerinə düşmüş hesab etmir: «Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində bəzi…

Tam mətn

Binali Yıldırım vaxtı dedi: dəmiryolda işlər 2014-cü ildə yekunlaşır

Türkiyənin nəqliyyat naziri Binali Yıldırım çərşənbə günü Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclasının gedişi zamanı bildirib ki, Bakı-Tbilisi-Kars dəmiryolu layihəsinin reallaşdırılması 2014-cü ildə yekunlaşacaq. Onun sözlərinə görə, yeni xətt yalnız Azərbaycan, Türkiyə və Gürcüstanıən dəmiryolu sistemlərini birləşdirməyəcək, o cümlədən Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasına…

Tam mətn

Avropaya qaz nəqlində Gürcüstandan razılıq alınıb

Gürcüstan hökuməti «Şahdəniz» konsorsiumu ilə Avropaya Gürcüstan vasitəsilə qazın nəql olunması üçün qaz kəmərinin genişləndirilməsi məsələsi üzrə razılığa nail olub. Bu barədə çərşənbə günü Gürcüstanın Baş naziri Bidzina İvanaşvili mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin sözlərinə görə, Gürcüstan ərazisində görüləcək işlərə 2 milyard dollar xərclənəcək, Azərbaycandan əldə olunan ucuz…

Tam mətn

Bakıda hərbçilər arasında I Dünya Futbol kubokuna start verildi

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında 1-ci Dünya Futbol kubokunun təntənəli açılış törəni olub. Dalğa-Arena stadionundakı törəndə 16 dövlətin futbol komandaları yer alırdı. Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum bildirib ki, Afrika, Amerika, Asiya və Avropa ölkələrini bir araya gətirən hərbçilər arasında 1-ci Dünya Futbol kuboku Prezident…

Tam mətn

«Bakı» Milinko Pantiç ilə uğurlara ümid bəsləyir

«Bakı» klubunun prezidenti Hafiz Məmmədov bu gün klubunun yeni baş məşqçisi Milinko Pantiçi təqdim edərkən deyib ki, yeni baş məşqçiyə böyük ümidlər bəsləyir. Hafiz Məmmədov deyib: «Milinko Pantiç artıq bir müddətdir Bakıdadır. Pantiç haqda çox söz demək istəmirəm. Çünki onun haqda çoxlarınızın məlumatı var. Biz əvvəldən demişdik ki, klubda…

Tam mətn

“Topal Teymur” tamaşaya hazırlanır

Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” pyesi 1926-cı ildən bəri ilk dəfə tamaşaya hazırlanır. Quruluşçu rejissor Mehriban Ələkbərzadə mətbuata bildirib ki, premyera oktyabrda – Hüseyn Cavidin 131 illiyində olacaq: “Əsər sonuncu dəfə 1926-cı ildə səhnəyə qoyulub. Sovet dövründə Turan ideyasına görə əsərin səhnə taleyinə qadağa qoyulmuşdu….

Tam mətn