Redaksiya

Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn edildi

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev xalq yazıçısının vəfatını Azərbaycan ədəbi və elmi ictimaiyyəti üçün ağır itki kimi qiymətləndirib: “Gülhüseyn Hüseynoğlu ustad yazıçı, prinsipial vətəndaş idi. Yazıçı elmi fəaliyyətinin…

Tam mətn

Toğrul Nərimanbəyova həsr olunan sərgi açılacaq

İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş «Toğrulu xatırlayaraq» adlı sərgi keçiriləcək. Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdiriləcək. Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub. İlk…

Tam mətn

Milli Şurada vəzifə bölgüsü aparılıb: burada kimlər var?

Milli Şura iyulun 9-da keçirilən sessiyasında strukturlaşma məsələsinə xüsusi önəm verib. Ayrı-ayrı sahələrlə bağlı komissiyaların yaradılması, komissiya sədrlərinin təyin edilməsi sessiyanın əsas məqsədlərindən olub. Daha 4 komissiyanın yaradılması və sədrlərinin təyin edilməsi müzakirə mövzusu olsa da məsələnin həlli növbəti sessiyaya saxlanılıb. Amma bu tərkibə baxanda yekrənglik görmək olmur. Belə ki,…

Tam mətn

Qubad İbadoğlu: “Azərbaycanda korrupsiyanın azalması barədə məlumat qeyri-ciddidir”

Transparency İnternational Beynəlxalq Şəffaflıq Təşkilatının sorğusuna əsaslansaq, Azərbaycanda korrupsiyanın səviyyəsi bir qədər azalıb.İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə ObyektivTV-yə (obyektiv.tv) müsahibəsində Azərbaycanda korrupsiyanın azalması barədə məlumatları qeyri-ciddi saymışdır (Turan). Qubad İbadoğlu Obyektiv TV-yə müsahibəsində bildirib ki, hesabatda Azərbaycanın korrupsiya barometri ilə bağlı 2012-ci ildə keçirilmiş sorğu arasında müqayisə…

Tam mətn

Avropa çempionatında medal qazanmış güləşçilər mükafatlandı

Güləş Federasiyasının I vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə Avropa çempionatında medal qazanmış yeniyetmə və gənc güləşçilərin mükafatlandırma mərasimi keçirilib.Hesab edilir ki, həm yeniyetmələr, həm də gənclər çempionatda uğurlu çıxış ediblər. Güləşçilərimiz bu iki yarışda ümumilikdə 28 medal qazanıblar ki, bundan 10-u qızıldır. Qarşıda idmançılarımızı Bolqarıstan və…

Tam mətn

2050-ci ilə Ermənistan əhalisinin sayı 2 milyondan çox olmayacaq

Ermənistan əhalisinin rəsmi sayı ətrafında proqnozlar səsləndirilib. Deyilib ki, 2050-ci ilə Ermənistanda yaşayan əhalinin sayı 2 milyon nəfərdən çox olmayacaq. Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor Gevorq Poqosyan BMT proqnozlarına əsasən qeyd edib ki, 2015-ci ilə Ermənistanda indiki 3 milyon 200 min nəfər əvəzinə təqribən 3…

Tam mətn

İran-Ermənistan əlaqələrinə etiraz etdi, mollalar ona 7 aylıq cəza verdi

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı din xadiminə hökm oxunub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, höccətülislam Əbdüləziz Əzimi-Qədim 7 ay 1 gün azadlıqdan məhrum edilib. Onun 20 gün ərzində apellyasiya şikayəti vermək hüququ var. Qeyd edək ki, Əzimi-Qədim din xadimi olduğundan onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində…

Tam mətn