Memar rüşvətxor və dələduz çıxıb
Sahibkarların şikayəti əsasında vəzifəli şəxs barəsində cinayət işi başlanıb. Neftçala şəhərinin baş memarı Rüstəm Tahirov CM 311.3-cü (rüşvət alma), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 178.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinir. Baş memarın barəsində başlanmış cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədən APA-ya bildirilib ki, R. Tahirovun barəsindəki…