Redaksiya

Sürücülük vəsiqəsinə tələb olunan sənədlər siyahısına dəyişiklik edildi

Sürücülük vəsiqəsi almaq istəyənlərdən tələb olunan sənədlər siyahısına dəyişiklik edilib. «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə» AR Nazirlər Kabinetinin…

Tam mətn

Quldurluq üstdə yatana plovun içində mobil telefonları…

İstintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə ən ağlagəlməz üsullarla yasaq əşyaların keçirilməsinə dair ən orijinal fəndlər eşitmişdik. Lakin plovun içində mobil telefonları… Bunu da eşitdik. Bu fakt Bakı İstintaq təcridxanasında qeydə alınıb. ƏN Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən yayılan xəbərə görə, bu gün, avqustun 19-da bu təcridxanada saxlanlıan Fərid Sadiq oğlu Səfərliyə…

Tam mətn

Ermənistan hərbçiləri Sadaxlı sakinini tutub aparıblar

Dünən gecə saatlarında Gürcüstanın Marneuli rayonunun Sadaxlı kənd sakini Ermənistan sərhədçiləri tərəfindən girov götürülüb. Bunu APA-nın Gürcüstan bürosuna “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev deyib. Onun bildirdiyinə görə, dünən gecə Sadaxlı kənd sakini Allahverdi Pələngov axşamüstü kənd yaxınlığındakı Muşul meşəsində qoyun sürüsünü axtararkən, erməni sərhədçiləri tərəfindən saxlanılıb: “Onu gecə saat…

Tam mətn

«Ola bilər ziyalılarımızdan birini seçib onunla seçkiyə gedəcəyik”.

Bu gün Milli Şuranın Bayıldakı 20-ci sahədə yerləşən Sürücülük Məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyası keçirilib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, aksiya saat 17.00-a elan olunsa da, 40 dəqiqə gec başlayıb. Aksiyanı İbrahim İbrahimli aparıb, “Milli Şuraya dəstək” şüarları səsləndirilib. Mitinqin açılışından sonra…

Tam mətn

Boyumuz kiçilir… başımız böyüyür

Araşdırma materiallarına görə, 1802-ci ilin sentyabrında Qafqazın Baş Komandanı təyin edilən general P.D.Sisianov Cənubi Qafqazda Çar Rusiyasına məxsus müstəmləkəçilik siyasətinin icraçısı və təminatçısı oldu. Maraqlı idi ki, P.Sisianov Gəncə Xanlığına qarşı daha amansız idi. O, Cavad xana yazırdı: «…Sən məğlub olduğunu etiraf et. Təklifimi qəbul et….

Tam mətn

Şeyx Nəsrullaha mesay göndərildi: 27 ölü, 336 yaralı…

Beyrutun cənubundakı Dahiyə rayonunda — şiələrin sıx yaçadığı səmtdə avtomobilin partladılması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, 336 insan isə yaralanıb. Frans Press-ə istinadən, müvafiq açıqlama ilə Livanın Səhiyyə Nazirliyi çıxış edib. Bundan əvvəl 22 nəfərin öldüyü və 325 nəfərin isə yarandığı bildirilirdi. Əhalisi sıx olan rayonda baş vermiş partlayış…

Tam mətn

İran: 18 min sentrifuqamız var

İran uranın zənginləşdirilməsi üçün 18 min sentrifuqaya malikdir, onlardan 10 mini artıq fəaliyyət göstərir. Frans Press-in yaydığı xəbərə görə, bu bəyanatla İranın atom enerjisi təşkilatının rəhbəri Feridun Abbasi çıxış edib. O deyib: “10 min sentrifuqa artıq fəaliyyət göstərir, daha 7 minin istismara verilməsi planlaşdırılır. Bundan başqa, əlavə 1000 sentrifuqa…

Tam mətn