Redaksiya

Elşad Abdullayevin «qara transplantasiya»da əli olub?

AYNA-nın daim diqqətdə saxladığı «qara transplantasiya» məsələsinə deyəsən aydınlıq gəlir. Hər halda, bu məsələ ilə başlı Baş Prokurorluqda aparılan cinayət işinin yekunlaşdığı bildirildi. Baş Prokurorluğun mətbuat xidmətinə istinadən, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynan hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universiteti (ABU)…

Tam mətn

Adıgündə minarəni sökmək müsəlman gürcüləri hiddətləndirdi

Hadisə Gürcüstanın keşmişdə türklərin yaşadığı Ahısqa, indi isə Samtsxe -Cavaxeti adlandırılan Adıgün rayonunu Çala kəndində baş verib. Orada 20 sakin saxlanılıb, onlar polisə fiziki müqavimət göstərməkdə ittiham olunur. Hadisə avqustun 26-da Çela kəndində bir ay öncə tikilmiş minarənin sökülməsinə görə baş verib. Bu qeyri-tolerant hərəkət barədə DİN tərəfindən yayılan məlumatdan…

Tam mətn

Sankt-Peterburqda zəhərlənənlər arasında azərbaycanlılar da olub

Sankt-Peterburqda inşaatda zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşının oldugu bildirilir. Bəlli olduğu kimi, Pulkovo hava limanının yeni terminalının tikintisini aparan IC Ictas-Astaldi tikinti firmasında çalışan 500-ə yaxın inşaatçınahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən keyfiyyətsiz toyuq ətindən zəhərləndiyi bildirilib. Bu qida məhsulu «Sofiya» firmasından daxil olmuşdur. Zəhərlənənlər arasında…

Tam mətn

İsa Qəmbər namizədliyini geri götürdü

Müsavat Divanının bazar ertəsi keçirilən toplantısında başqan İsa Qəmbər prezidentliyə namizədliyini Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənlinin xeyrinə geri götürüb. Müsavat Partiyasının mətbuat xidmətinə istinadən toplantıda İsa Qəmbər öz namizədliyini geri götürməyi Divana təklif edib. Divan təklifi müzakirə edərək partiya Məclisinin 4 yanvar tarixli qərarını qüvvədən düşmüş hesab edib….

Tam mətn

Bulla-dənizdə qəzalı quyuda yanğın söndürüldü

Bu gün səhər saatlarında Bulla-dəniz yatağındakı qəzalı quyuda bir həftədən çox davam edən yanğını nəhayət ki, söndürmək mümkün olub. Bu haqda SOCAR-вфт məlumat verilib. Mənbənin sözlərinə görə, quyuda yanğının söndürülməsi əməliyyatına şənbə günü axşam başlanıb. Ancaq bu gün səhər 9.30 radələrində yanğını söndürmək mümkün olub (Turan). Yanğını söndürmək üçün…

Tam mətn

Rusiyada spirtli içki yalnız bank kartı ilə satıla bilər

Rusiyada qiqqəti çəkən bir addıma hazırlaşır — bu ölkədə spirtli içkilərin nağd pulla satışı yasaq oluna bilər.Belə bir maraqlı təkliflə Dövlət Dumasının deputatları çıxış ediblər. Qanun layihəsinin müəllifi olan deputat Oleq Mixeevin fikrincə, spirtli içkilərin yalnız bank kartı vasitəsi ilə satışı məhsulun yetkinlik yaşına çatmayanlara satılmasını məhdudlaşdıra və spirtli…

Tam mətn

Güney Koreyadan 3 milyard dollarlıq silah və hərbi texnika almaq niyyətimiz var

Azərbaycan dünyz silah bazarında öz yeri olan Güney Koreyadan böyük partiya çağdaş silah almaq niyyətindədir. Bu barədə Güney Koreya parlamentindəki qaynaq bildirib. Çağdaş hərbi texnika almaq arzusu Güney Koreya parlament heyətinin Azərbaycana səfərinin gedişində səsləndirilib. Azərbaycan tərəfi Güney Koreyadan ümumi dəyəri 3 milyard dollar təşkil edən iki sualtı qayıq, eskadra…

Tam mətn