Redaksiya

Yeni «şeyx nəsrullahlara» cinayət işi açıldı

Hələ də «şeyx nəsrullahlar» var, hələ də onlara inanıb tələyə düşən «ölülər» var. Budur,Baş Prokurorluq “Az Palinure İnternational” MMC-nin vəzifəli şəxslərinin timsalında yeni «şeyx nəsrullahlara» cinayət işi başlayıb. “Az Palinure İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt”…

Tam mətn

“Köç” filmi Neapol festivalında əsas mükafatı qazanıb

Rusiyada yaşayan soydaşımız, rejissor və prodüser Rodion İsmailovun “Köç” filmi Neapolda VI «Faito doc Festival» beynəlxalq sənədli filmlər festivalında əsas mükafatı qazanıb. “Köç” filmi Azərbaycan və onun qədim ənənələrini özündə əks etdirir. Ekran əsərində Azərbaycanda bütün ömrü boyu heyvandarlıqla məşğul olan, yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən insanların çətin…

Tam mətn

Adam oğruları uzun müddətliyə barmaqlıq arxasına göndərildilər

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vüsal İsbatov, Mirsəfa Mirbabalı, Əliağa Mirzəyev və Nübar Tarverdiyevanın cinayət işi üzrə məhkəmə başa çatıb. Onlardan Əliağa Mirzəyev 13 il 6 ay, Vüsal İsbatov 12 il 6 ay, Mirsəfa Mirbabalı 11 il, Nübar Tarverdiyeva 9 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə,…

Tam mətn

AMEA alimləri neftlə çirklənmiş torpaqların təbii yolla təmizlənmə metodunu hazırlayıblar

MEA alimləri neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsilə təmizlənməsi metodunu işləyib hazırlayıblar.MEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ot bitkilərindən pencər, yarğanotu, adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır…

Tam mətn

Gənclər Qafqaz İslam Ordusunun yolunu keçəcəklər

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi «Gənclərə tanıtım — Qafqaz İslam Ordusu yolu» mədəni irs turu təşkil edir. 2013-cü il sentyabrın 12-13-də nəzərdə tutulan tur Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 95 illiyinə həsr olunur. Bəlli olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələri…

Tam mətn

Goranboyda 1 adamıi öldürüb, 3 adamı yaralayan dəstə tutuldu

Goranboy rayonu ərazisində 4 vətəndaşa bıçaq xəsarətləri yetirmiş şəxslər saxlanılıblar. DİN saytı xəbər verir ki, sentyabrın 2-də Goranboy rayonu Veyisli kəndinin ərazisindən kənd sakinləri Səxavət Nağıyev, onun oğlu İxtiyar, qardaşları Mürvət və Şükür bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Səxavət Nağıyev orada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb. DİN-in Növbətçi Hissələri…

Tam mətn

Hərbi gəmilərimiz Həştərxana yola düşüb

Çərşənbə günü Azərbaycan HDQ gəmiləri ilk dəfə qeyri-rəsmi olaraq Həştərxana gedəcək. Bu barədə RF Xəzər donanması komandanının müavini Aleksandr Proxorov İTAR-TASS-a bildirib. “Azərbaycan HDQ gəmiləri Bakı limanından yola düşüb. Hazırda bizim “Volqodonsk” kiçik artilleriya gəmisi onları müşayiət edir. Çərşənbə günü qonaqlar Həştərxanda olacaqlar”, — Proxorov bildirib. Həştərxana üç hərbi gəmi…

Tam mətn