MƏDƏNİYYƏT SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MENECERLƏR ÜÇÜN yeni ONLAYN KURSLARA START VERİLİR
Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri Avropa İttifaqının Şərq Tərəfdaşlığı »Mədəniyyət və Yaradıcılıq Proqramı» çərçivəsində təşkil edilmiş “Kommunikasiya” https://www.culturepartnership.eu/az/publishing/communication-course kurslarında iştirak edə bilər. 30 dəqiqə ərzində kursun beş mühazirəsini dinləməklə siz layihənizi effektiv şəkildə təbliğ etməyin yolunu öyrənəcəksiniz. Kommunikasiya məsələləri üzrə mütəxəssis Andrey Kulakov KİV-lə və digər hədəf qruplarla işləməyin qaydalarını sizinlə bölüşəcək və bu məsələ ilə bağlı faydalı məsləhətlər verəcəkdir.