Redaksiya

ABU-nun sabiq müəlliməsi dələduz qismində həbs edilib

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində CM 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini Afaq Rafiq qızı İbrahimova (1970) tutularaq istintaqa təhvil verilib. İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru…

Tam mətn

“NİDA”çılar Milli Şuraya sədr Cəmil Həsənlini görürlər

“NİDA” gənclər hərəkatının həbsdə olan üzvləri Demokratik Qüvvələrin Milli Şurasının gələcək taleyilə bağlı bəyanat yayıblar. Gənclər həbsdə olduqları üçün qurumun işində fəal iştirak edə bilmədiklərini, amma onun gələcəlk taleyilə bağlı öz mövqelərinin olduğunu bidlirirlər. Müəlliflər qurumdan bəzi şəxslərin çıxarılmasını alqışladıqlarını qeyd edir, prosesin tam başa çatmadığını deyərək eks-spiker Rəsul Quliyevi…

Tam mətn

Mövqe

«Nazirin əvəzlənməsi hakimiyyətin silahlı qüvvələrə daha sərt nəzarət istəyindən irəli gəlib. Ərəb baharı hadisələrində göründü ki, ərəb ölkələrindəki rejimlərin heç birini ordu müdafiə etmədi. Ola bilər ki, hansısa təhlükə olduğundan ordunu daha sınanmış və etibarlı şəxsə verdilər. Əbiyevin istefaya göndərilməsi onun Vaşinqtonla münasibətlərdə gərginlik yaratmasıyla bağlı deyil….

Tam mətn

İlqar Məmmədov və Tofiq Yaqublu hakimə etiraz olaraq ayağa qalxmayıblar

Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşlar üzrə cinayət işinə baxılması davam edib. Hakimlər zala daxil olarkən müttəhimlər – REAL hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu nümayişkaranə şəkildə ayağa qalxmayıblar. İcraçılar dərhal “tədbir görülməsi üçün” bunu protokollaşdırıblar. Nahardan sonra…

Tam mətn

Rüstəm İbrahimbəyov Milli Şuraya müraciət edib

Prezident İlham Əliyevin prezidentliyinin üçüncü dövründə Milli Şuranın fəaliyyət proqramının hazırlanması üçün mühüm mərhələ açılıb. 2013-cü ilin prezident seçkiləri ərəfəsində yaradılan təşkilatımız bu mərhələdə öz tarixi missiyasını layiqincə yerinə yetirdi: Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli seçkilərə gələn seçicilərin əksəriyyətinin dəstəyini qazandı və son 20 ildə ilk dəfə olaraq…

Tam mətn

Azərbaycan və AB arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb

«Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən III zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfdən genişlənmə məsələləri üzrə Avropa komissarı Ştefan Füle, Litva XİN rəhbəri Linas Linkyeviçyus imzalayıblar. Bu barədə məlumat tədbirin saytında yerləşdirilib. Saziş Azərbaycan və…

Tam mətn

Korrupsiyaya qarşı mübarizə üzrə Milli Plan üçdə bir hissə yerinə yetirilib

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər üçdə bir hissə yerinə yetirilib. USAİD-in maliyyə dəstəyilə “Konstitusiya” Fondunun keçirdiyi monitorinqin nəticələri bundan xəbər verir “Konstitusiya” Fondunun rəhbəri Əliməmməd Nuriyev təqdimat mərasimində bildirib ki, monitorinq 2012-ci ildən 2013-cü ilədək olan dövrü əhatə edir. Onun sözlərinə görə,…

Tam mətn