Redaksiya

Mənzil fırıldağı: Fuad LTD-nin direktoru məhkəməyə çıxarılır

Fuad LTD MMC-nin direktoru Qasım Məmmədovun işi Ağır Cinayətlər məhkəməsinə göndərilib. Bu haqda ölkə prokurorluğundan bildiriblər. İstintaq Məmmədovun 2005-2009-ci illərdə Fuad LTD-nin direktoru olarkən Xırdalan şəhərində mənzil tikintisi adı ilə 186 vətəndaş tərəfindən ödənilmiş 1 milyon 846 min manat pulu mənimsəməkdə, 1 milyon 75 min manat məbləğində külli miqdarda vergi…

Tam mətn

Senator Rocer Uiker “The Washington Times” qəzetində bizdən yazıb

“Azərbaycan önəmli müttəfiqlərdən biridir və ABŞ-ın daimi dəstəyinə, diqqətinə layiqdir”. Bu barədə Missisipi ştatından olan senator Rocer Uiker “The Washington Times” qəzetindəki yazısında bildirib. Senator xatırladıb ki, bu ayın sonunda Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü qismində öz missiyasını tamamlayır: “Ölkənin Şərqi Avropa dövlətlərinin nümayəndəsi olaraq seçilməsi Azərbaycanın son…

Tam mətn

“Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün işğal olunmuş rayonlar qaytarılmalıdır”

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyə mətbuatında Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. APA-nın xəbərinə görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş rayonlarının geri qaytarılması danışıqların mövzusudur. O bildirib ki, Azərbaycanın bu məsələdə mövqeyi…

Tam mətn

Avtomobil qəzaları ilə bağlı sığorta ödənişlərinin video görüntülər əsasında verilməsi təklifinə müsbət baxılır

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ölkədə avtomobil qəzalarının video görüntülərinin sənəd kimi qəbul edilməsi və sığorta ödənişlərinin bunun əsasında verilməsi ilə bağlı təklifə müsbət yanaşır. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Xidmətin rəisi Namiq Xəlilov bəyan edib. Qeyd edək ki, bu təkliflə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) çıxış edib. ASA-nın…

Tam mətn

Vitali Kliçko: “Başkəsənlər və diktatorlarla kompromis olmaz”

“Yanukoviç meydanı ikinci dəfə dağıtmaq qərarı ilə kompromislərə gedən bütün yolları bağlamış oldu”. “Ukrainskaya pravda” saytına istinadən, bu bəyanatla Ukrayna müxalifətinin liderlərindən biri, UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının lideri Vitali Kliçko çıxış edib. O bildirib ki, başkəsənlər və diktatorlarla kompromis olmaz: “Onlardan qurtulmaq lazımdır. Bu gün bir…

Tam mətn

Avroparlament birmənalı olaraq Avromeydanı dəstəkləyir

Avropa Parlamenti (AP) yekdilliklə “Avromeydan”a çıxan ukraynalıları dəstəklədi. İntefaks-Ukrayna xəbər verir ki, çərşənbə axşamı AP-nin Strasburqda keçirilən plenar iclasında bir çox deputatlar siyasi böhranın həll edilməsi üçün konkret rol oynamaq zərurətindən danışıblar. Deputat Yaçek Protasrviç AP-nə “küçələrdə olanları, assosiativ üzvlük Sazişi üzrəö dialoqun bərpasını axtaranları dsətəkləmək laızm olduğu” bəyanatı…

Tam mətn

Kiyevdə milis müxalifətin mövqelərinəı hücum edir

Kiyevin mərkəzi meyadanı olan Maydanda müxalifətin 25 min nəfər tərəfdarı hələ də qalmaqdadır. Milisn “Berkut” xüsusi təyinatlı dəstəsi onları sıxşıdırıb meydandan çıxara bilməyib. UNİAN-ın müxbirinin bildirdiyinə görə, “Berkut”un üzvləri Müstəqillik meydanın kütləvi şəkildə tərk edirlər. Onların bir hissəsi Həmkarlar İttifaqı Evinin yanındakı bağlnamış Kreşatik ükçsəindəki avtobuslarda əyləşiblər. Bu gün dekabrın…

Tam mətn