Redaksiya

Akif Muradverdiyevə 4 il oxudular

Xəzər Rayon Məhkəməsində Prezident Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Rəşad Mirmehdizadənin APA-ya verdiyi məlumata görə, prosesdə oxunan hökmə əsasən, Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklərini də bildirib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, A….

Tam mətn

Azərbaycanlı minaaxtaranlar Gürcüstanda tuneli minadan təmizləyəcəklər

Azərbaycan minaaxtaranlar Gürcüstanda mina və partlamamış hərbi sursatların ləğv edilməsi layihələrinə dəvət olunub. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovun sözlərinə görə, Gürcüstanda 2008-ci il müharibəsi zamanı ruslar tərəfindən dağın altında yerləşən bir tunel partladılıb, əraziyə çox sayda döyüş sursatı səpələnib. Digər layihə isə Gürcüstanda…

Tam mətn

MTN Pərviz Həşimlinin işgəncələrə məruz qalması fikirlərinə münasibət bildirdi

Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi barədə iddiasına baxılıb.Həşimli məhkəmə binasının qarşısında jurnalistlərə ona işgəncə verildiyini deyib. Daha sonra P. Həşimlinin vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin MTN İstintaq Təcridxanasında qayçı ilə özünə xəsarət yetirmək istədiyini, lakin onun bu cəhdinin…

Tam mətn

Zakir Qaralov Aleksandr Bastrıkinlə əməkdaşlıqda işləyəcək

Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşüb. Baş Prokurorluq mətbuat xidmətindən bildirilir ki, görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Z. Qaralov məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. A. Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində…

Tam mətn

İran və Rusiyadan ölkəyə narkotik keçirə bilməyiblər

İran və Rusiyadan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Noyabrın 4-də saat 22:00 radələrində Biləsuvarın Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran tərəfdən, iki nəfərin Azərbaycan tərəfdən mühəndis qurğusuna yaxınlaşması və İrandan Azərbaycan tərəfə naməlum əşyanın ötürüldüyü sərhəd naryadı tərəfindən müşahidə olunub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində…

Tam mətn

Pərviz Həşimli «mənə işgəncə verirlər» deyə qışqırıb

Bu gün Səbayel Rayon Məhkəməsi Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiasını təmin etməyib. Bu barədə Turan-a Həşimlinin həyat yoldaşı İlahə Həşimli bildirib. Onun sözlərinə görə, proses başlamazdan əvvəl məhkəmə binasının qarşısında coxsaylı polis əməkdaşları olub. Polislər Həşimlinin yaxınlarının və jurnalistlərin ona…

Tam mətn

Fantaziya: «heroinli toyuq budu»…

Həbsxanalara narkotik keçirmək istəyənlərin fantaziyaları heyrətləndirməkdə davam edir. Bu dəfə içərisində heroin yerləşdirilmiş toyuq budunun Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, Qobustan həbsxanasında saxlanılan məhkum Nazim Qafur oğlu Feyzullayevin yanına görüşə gəlmiş qohumu Roman Musayeviç Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman toyuq…

Tam mətn