Redaksiya

YUNESKO işğal altındakı ərazilərdə mədəni abidələri monitorinq edəcək

Dekabrın 18-də Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin səkkizinci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib.  Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqda 1954-cü il Haaqa…

Tam mətn

Milli Şuranın sədr aparatı formalaşdırılıb

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin aparatı formalaşdırılıb. Aparatın tərkibinə Oqtay Gülalıyev (“Kür” vətəndaş cəmiyyəti qərargahının əlaqələndiricisi), Turqut Qəmbər (NİDA hərəkatı), Ülvi Həsənli (NİDA hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat Partiyası sədrinin müşaviri) daxil olub.    Cəmil Həsənli Turan-a bildirib…

Tam mətn

Boksçularımız Neft Ölkələrinin Dünya Kubokuna qələbə ilə başlayıblar

Rusiyanın şimalında Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku start götürüb. Yarışın ilk günündə axşam proqramında daha 3 boksçumuz rinqə çıxıb. 69 kq çəki dərəcəsində mübarizə aparan Çingiz İslamov ilk döyüşdə rusiyalı Alim Hacıyevə məğlub olub — 0:3. Azərbaycan Boks Federasiyası xəbər verir ki, London…

Tam mətn

Millət vəkili Oktay Ekşi: “Önümüzdə çox həyəcanverici günlər var”

Türkiyə Böyük Millət Məclisinin müxalifətçi deputatları ölkəni sarsıdan əməliyyatı APA-ya şərh edib. Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Oktay Ekşi məlum həbsləri “Gülən camaatı” ilə AKP arasında açıq müstəviyə çıxmış bir iqtidar mübarizəsi kimi dəyərləndirib: “Baş nazirin icma ilə bağlı təhqiqat…

Tam mətn

Avtoxuliqanlığa görə cərimələr artırılır

rezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinin avtoxuliqanlığı nəzərdə tutan 296-1 maddəsində dəyişiklik edilib. Beləliklə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol…

Tam mətn

Türkiyə şokda: Ərdoğan hökumətini istefa gözləyir

Hökumət üzvləri arasında korrupsiya faktının aşkarlanmasına görə 5 polis komissarı və 10-a yaxın zabit öz postundan azad edilib. Türkiyə KİV-nin məlumatına görə, Ərdoğan hökuməti korrupsiya, qaçaqmalçılıq, pulların yuyulmasında əli olan onlarla adamı aşkar edərək həbs edən polis əməkdaşlarından qisas almağa başlayıb. “Bu, çirkin əməliyyat idi”,…

Tam mətn

Fətullah Gülən son həbslərlə bağlı ittihamlara cavab verib

Son antikorrupsiya əməliyyatı ilə bağlı hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din xadimi Fətullah Gülən əfəndiyə qarşı mediada yer alan ittihamlara cavab verilib.  Gülənin vəkili Orxan Ərdəmli yazılı açıqlamasında müdafiə etdiyi şəxsə münasibətdə mediada ‘hökumətə savaş açmaq, əməliyyat başlatmaq, kirli oyunlar oynamaq, tələ…

Tam mətn