Redaksiya

İstintaq təcridxanasına görüşə gələn qadının alt paltarından tiryək çıxarıblar

Baxış zamanı onun alt paltarının içərisində gizlətdiyi şəffaf sellofana bükülmüş ümumi çəkisi 1,20 qram olan narkotik maddə — tiryək aşkar edilərək götürülüb. Qeyd edək ki, 1990-cı il doğumlu Tural Hüseynov CM 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş…

Tam mətn

«Şahdəniz-2» layihəsi üzrə yeni müqavilə bağlandı

Müqavilənin bağlanması 17 dekabr tarixində Bakıda imzalanan Mərhələ 2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib. Müqavilənin dəyəri 365 milyon dollardır. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir. Bu müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir: Bir-biri ilə…

Tam mətn

Şəhid əsgər Dağ Kəsəməndə torpağa tapşırıldı

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn edilib. Dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan, 1995-ci il doğumlu Sərxan Vaqif oğlu Qasımov bu gün doğulduğu Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində MN Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədov, əsgərin xidmət etdiyi hərbi hissə və birləşmə komandanlığının nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dekabrın 27-də ermənilər Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

 …

Tam mətn

Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı bir nəfər də tutulub

Daxili İşlər Nazirliyinin Sumqayıtdakı son həbslərlə bağlı yaydığı açıqlamaya istinadən, polis və prokurorluq orqanları əməkdaşlarının  istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.  

Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.

Bununla da dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı tutulanların sayı 16-a çatıb.

Bildirilir ki,  1979-cu il doğumlu Elçin Əkbər oğlu Əkbərov “Vəhhabilər”inin lideri kimi tanınır.  Dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə «sələfi»lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olub. Əkbərovdan xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Daha kimlərinsə həbs ediləcəyi istisna deyildir.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə «sələfi»lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. 

 …

Tam mətn

Salyan rayon icra hakimiyyəti ittihamları təkzib edir

Məlumatda Salyanda fəaliyyət göstərən “Demokratiyaya yardım” ictimai birliyinin rəhbəri Emil Məmmədovun Azərbaycan prezidenti İlham Əliyevə rayona dövlət alqıları üçün ayrılan büdcə vasitələrindən istifadənin araşdırılması üçün komissiya göndərmək xahişi ilə göndərdiyi müraciətdən söhbət gedirdi. Məmmədovun iddiasına görə, rayonda dövlət alqıları ilə bağlı müqavilələr real tenderlər olmadan bağlanır və formal müsabiqələrdə…

Tam mətn

Prezident xəbərdən çox narahat olub və sarsılıb

O qeyd edib ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyasında hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: «Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya…

Tam mətn

Həbs edilən şəxslərin qohumlarına dərhal məlumat veriləcək

MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında bildirib ki, «Polis haqqında» Qanuna edilən dəyişikliklərə görə, həbs edilən şəxs həbs yerinə gətirildikdən dərhal sonra onun tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran…

Tam mətn