Redaksiya

Bu il müsabiqədən keçmiş 244 müəllim iş yerinə getməkdən imtina edib

Nazirlikdən o da bildirilib ki, ümumi təhsil müəssisələrində işləyən müəllimlərinin həftəlik dərs yükünün optimallaşdırılması məsələsinə, strategiyada nəzərdə tutulduğu kimi, səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı sisteminin yaradılması çərçivəsində baxılacaq. Bu il müsabiqədən keçmiş 244 müəllim iş yerinə getməkdən imtina edib. İş yerinə getməyənlərin 82 faizi…

Tam mətn

Zaur Həsənovun səhhəti ağır stabil olaraq qalır

Səhiyyə Nazirliyi özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun son durumu ilə bağlı açıqlama verib. Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya bildirib ki, xəstənin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır: “Həyatı vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Xəstə hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır”.

Dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

 …

Tam mətn

Pirotexnika alverçilərinə xəbərdarlıq edildi

Bayram günləri ərəfəsində bəzi şəxslər tərəfindən mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, heç bir təhlükəsizlik standartlarına cavab verməyən və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq və digər qanunsuz yollarla gətirilməsinə cəhdlər səngimir.

Dövlət Gömrük Komitəsinin  mətbuat xidmətindən bildirilir ki, gömrük orqanları tərəfindən bu kimi halların qarşısının alınması məqsədilə aparılan qətiyyətli tədbirlər davam etdirilir. Təkcə Tovuz Gömrük İdarəsinin tabeliyində olan sərhəd-gömrük postlarında pirotexniki vasitələrin gömrük nəzarətindən gizlin və ya bəyan olunmamış şəkildə aşkar olunaraq saxlanılmasına dair 19 fakt üzrə müvafiq araşdırma başlanıb. Saxlanılmış külli miqdarda pirotexniki vasitələrin əksəriyyəti Çin Xalq Respublikasında istehsal edilən, təhlükəsizlik meyarlarına cavab verməyən müxtəlif markalı fişənglər və xırda petardlardan ibarət olub. Gömrük nəzarətindən gizlin şəkildə aşkar olunan bu kimi  mallar adətən nəqliyyat vasitələrinin yük yerindən, ehtiyat təkərin içərisindən, mühərrik hissədə olan boşluqlardan, nəqliyyat vasitələrinin salonunda oturacaqların altından və bir sıra gizlin saxlanc yerlərindən aşkar olunub.

Aparılan araşdırmalardan 11 fakt üzrə toplanmış materiallar müvafiq məsuliyyət üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, 8 fakt üzrə isə icraat gedir.

DGK bir daha xəbərdarlıq edir ki, mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu cür malların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı gömrük orqanları tərəfindən qətiyyətlə alınacaq.

 …

Tam mətn

Bizim mina detektoru analoqlarından daha üstündür

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan mina detektorları bütün güc strukturlarının istifadəsinə qəbul olunub. Yerli müəssisələrin birində istehsal olunan İMA-07 (Induction Mine Detector) markalı mina detektoru hazırda Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların istifadəsində yer alır.

İMA-07 keçmiş SSRİ müəssisələrində istehsal edilmiş PR-507 mina detektorunun təkmilləşdirilməsi nəticəsində yaradılıb. IMA-07 keyfiyyətinə və çəkisinə və nüfuzetmə qabiliyyətinə görə analoqundan üstündür. İMA-07 tərkibində minimum metal olan minaları aşkar etmək imkanına malikdir.

Detektor ölçüsündən asılı olaraq, böyük və geniş obyektləri 70 sm, kiçik obyektləri (məsələn, metal sikkələri) isə 20-25 sm dərinlikdə aşkar edə bilir. 

Tam mətn

Milli Elmlər Akademiyasında çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq. Bununla yanaşı, gələn il fevralın 1-dən aprelin 30-dək MEA işçilərinin attestasiyası keçiriləcək. MEA prezidenti Akif Əlizadə bildirib ki, yeni işçilərin işə qəbulu bir qayda olaraq Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli…

Tam mətn

Uşağa soyad seçərkən nələri bilmək lazım gəlir?

Novruzov bildirib ki, uşağın soyad daşımaq hüququ Ailə Məcəlləsində təsbit edilib. Ailə Məcəlləsinin tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir: «Ailə qanunvericiliyində qeyd olunur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın…

Tam mətn

Cəriməsini vaxtında ödəməyən sürücü bayram günlərində yollarda problemlə üzləşəcək

Baş Dövlət Yol Polisi İdarəsi  xəbərdarlıq edir ki, inzibati xətaya görə cəriməsini vaxtında ödəməyən sürücülər və avtomobil sahibləri qarşıdan gələn bayram günlərində yollarda ciddi problemlərlə rastlaşa bilərlər. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməsinin ödənməsindən 2 aydan çox vaxt keçmiş sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılaraq avtomobilləri müvəqqəti duracağa aparılacaq:

«Qeyd etmək istəyirik ki, yol verilmiş inzibati xətaya görə cəriməsini 2 aydan çox ödəməyən kifayət qədər sürücü və avtomobil sahibi var. Onlar da bilməlidir ki, bu bayram günlərində ailələri ilə yola çıxarkən cəriməsini vaxtında ödəməməsi səbəbindən avtomobili saxlanılıb duracağa aparıla bilər. Ona görə də xahiş edirik ki, bu məsələdə bir daha diqqətli olsunlar. Ola bilər ki, kimsə cərimə olunduğunu unudub və ya cəriməsinin olduğunu xatırlamır. Əgər xatırlamırlarsa, o zaman DİN-in və ya BDYPİ-nin internet səhifəsində sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə bunu dəqiqləşdirə və ya ödənilməmiş cərimələri barədə məlumat əldə edə bilərlər».

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti də 31 dekabr 2013-cü il tarixdən 2014-cü il yanvar ayının 7-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək….

Tam mətn