Redaksiya

Müsavat Partiyası Milli Şuranın buraxılması təklifi ilə çıxış edib

, Müsavat Partiyası görüşdə Milli Şuranın buraxılmasına tərəfdar olduğunu bəyan edib və görüşdə əsas müzakirə də bu barədə aparılıb.

 C. Həsənli və ziyalılar isə Milli Şuranın buraxılmasının əleyhinə çıxıblar.

 Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bununla bağlı  -nın sualına birmənalı cavab verməkdən yayınıb: “Keçirdiyimiz görüşlərdə…

Tam mətn

Qobustanda avtoqəza: ölənlərin sayı 7-yə çatdı…

 Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb. Ölənlərin hamısının adı məlumdur.

 Xəstəxanadan  -ya verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik…

Tam mətn

Dekabrın 25-də özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənov bu gün vəfat etdi

Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün vəfat eib. Zaur Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. SN Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov  -ya  Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib…

Tam mətn

Türkiyədə yaşayan azərbaycanlı rəssamların Ankarada 3-cü rəsm sərgisi açılıb

Azərbaycanın Türkiyə səfirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankarada Rəsm və Heykəl Muzeyində Türkiyədə yaşayan azərbaycanlı rəssamların 3-cü rəsm sərgisini təşkil edib. Səfirlikdən göndərilən məlumata görə, 10 gün nümayiş etdiriləcək sərginin açılış tədbirində Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri İsmət Sezqin, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Sərginin açılışında səfir Faiq Bağırov Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gençə və başqaları çıxış ediblər.

Sərgidə Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmail Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov və başqa rəssamlarımızın əsərləri sərgidə nümayiş etdiriləcək.

Tam mətn

İsanbul etiraz edir, Avropa Birliyi şəffaflığa çağırır

Açıqlama ilə çıxış edən ordu komandanlığı 10 nazirin vəzifədən getməsilə bağlı ölkədə hökumət böhranı məsələsinə qarşımaq niyyətində olmadığını bəyan edib. Baş Qəraragah “Türkiyə silahlı qüvvələrinin siyasi debatlarda iştirakçı olmayacağı” bəyanatı yayıb. Ərdoğana yaxın bəzi siyasətçilər korrupsiya qalmaqalının ölkədə hərbi çevriliş üçün istifadə ediləcəyi bəyanatı yayırdılar. Avropa Birliyi Ankaranı Türkiyə…

Tam mətn

Türkiyədə irimiqyaslı korrupsiya qamaqalına bağlı şəxslərin ikinci siyahısı hazırlanıb

İkinci siyahıda 41 ad keçir. Bu şübhəlilər sırasında Türkiyə və xaricdən olan çoxsaylı nufuzlu iş adamları var. Prokuroluq onları cinayətkar təşkilatları maliyyələşdirməkdə, rüşvət verməkdə, tender fırıldaqlarında, rəsmi sənədlərin saxtalaşdırmaqda, “cinayət yolu ilə hesabların təmizlənməsi”ndə və hədə qorxuda şübhəli bilir. Digərlərilə yanaşı siyahıda İsanbuldakı üçüncü aeroportun tikintisi tenderində qalib gələn…

Tam mətn

MDB-nin 100 ən yaxşı universiteti arasında BDU 61-ci oldu

MDB ölkələri universitetlərinin ilk reytinq cədvəli açıqlanıb. Azərbaycanı 100 ən yaxşı universitet sırasında Bakı Dövlət Universiteti təmsil edir. 

Postsovet ölkələrində fəaliyyət göstərən 400-dən artıq ali məktəbin ilk reytinq cədvəli tərtib olunarkən, 15 ölkədən 405 universitet götürülüb. Tədqiqatda universitetlərin təhsil, elmi tədqiqat və beynəlxalq fəaliyyəti qiymətləndirilib. Reytinqdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın ali məktəbləri iştirak ediblər.

Siyahıya Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. MDU mümkün olan 100 balı tam toplayıb. MDB məkanının 10 ən yaxşı universitetləri arasında Belarus Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Taras Şevçenko adına Ukrayna Milli Universiteti, Vilnüs Universiteti, Novosibirsk Dövlət Milli Tədqiqatlar Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, N.E. Bauman adına Dövlət Texniki Universiteti, Tartu Universiteti (Estoniya), Tomsk Dövlət Universiteti yer alıblar. Azərbaycanı isə 100 ən yaxşı universitet sırasında (61-ci yer) Bakı Dövlət Universiteti təmsil edir.

Tam mətn