Redaksiya

İsa Qəmbər «Milli Şura»ya münasibətini açıqladı: «Müsavatsız heç nə mümkün deyil»

“Biz seçkidən sonra Milli Şura ilə bağlı bir neçə təklif irəli sürdük. Təklif etdik ki, yeni dönəmdə Milli Şuranın hədəfləri dəqiqləşdirilsin, Rüstəm İbrahimbəyov hörmətlə yola salınsın, Cəmil Həsənli sədr olsun. Burda Milli Şuranın hədəflərinə zidd olan nə var? Bir ay bu məsələni uzatdılar, həmsədrlik məsələsini atdılar ortaya, sonra da fəxri…

Tam mətn

Jurnalist-yazar Xalid Kakınç: “AKP dönəmi bitdi, yeni bir dönəm başlayır”

“Türkiyədə bir dönəm bitdi, artıq irəliyə baxmaq lazımdır”. Bu sözləri APA-ya açıqlamasında Türkiyədəki son hadisələri dəyərləndirən tanınmış jurnalist-yazar Xalid Kakınç deyib.  Kakınç hesab edir ki, bu proseslərdən qaçmaq mümkün deyildi, hazırda olması lazım olan şeylər cərəyan edir:

“Bu iqtidar uzun müddət məzlum, cəmiyyətdə aşağılanmış, kənara itələnmiş qrup kimi təbliğat apardı və xalq bu təbliğatlara inanaraq bunları iqtidara gətirdi. Ancaq bunlar iqtidara gələndən bir müddət sonra diktatura qurmağa başladılar. Bu iqtidar Türkiyənin təməl dəyərlərini sarsıtmağa çalışdı. Ölkənin qurucusu olan Atatürkə “əyyaş” dedilər, baş nazir hər ailədə ən az 3 uşaq olmasından dəm vurdu, az qala çarpayıda necə yatacağımıza qərar verəcəkdi. İqtidar ölkəni tamamilə qütbləşdirdi, 35-40 ildə yetişmiş ordu mənsublarını əsassız ittihamlarla həbsxanalara doldurdu. Bu torpaqlarda Atatürkü və ordunu bir kənara qoyaraq necə normal dövlət qurmaq olar? Türkiyədə dövlət çöküb. AKP iqtidarının dönəmi bitib, yeni bir dönəm başlayır”.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə Heyətinin üzvü Başar Yaltı isə olayların hüquqi tərəfinə toxunaraq bildirib ki, Türkiyədə dövləti əmələ gətirən qurumlar arasındakı səlahiyyət balansını bilavasitə baş nazir özü pozub: “Biz illərdən bəri deyirik ki, siyasətin əmrində ədliyyə sistemi olmaz. Bu, məhkəmələrin müstəqilliyi prinsipinə tamamilə zidd olub, hüquq dövlətində olmayacaq şeylərdir. “Balyoz”, “Ergenekon”, “Odatv” proseslərində baş nazir və hökumət mənsubları deyirdilər ki, bunlar qəhrəman prokurorlar və hakimlərdir, imkan verin işlərini görsünlər. 12 sentyabr 2010-cu ildə keçirilən Konstitusiya dəyişikliyi referendumundan sonra Hakimlər və Prokurorlar Ali Şurasının tərkibi tamamilə dəyişdirildi, məhkəmə və prokurorluqların tərkibi təxminən 80% yeniləndi. Ədliyyə hökumətin və hökumətlə koalisiyada olan dini icmanın nəzarətinə keçdi. Təsəvvür edin ki, bir neçə gün əvvəl hökumət yeni bir təlimat qəbul edib, prokurorların ilkin təhqiqatlar barədə polis rəislərinə məlumat verməsi məcburiyyətini gətirmişdi, hüquq dövlətində belə bir şey ola bilməz. Türkiyə Vəkillər Kollegiyaları Birliyi məhkəməyə müraciət edərək bu təlimatın qüvvəyə minməsini dayandırsa da, hökumətin daha mürtəce addımlar atacağını gözləməliyik”.

Türkiyədə cərəyan edən proseslərin ölkə iqtisadiyyatına təsirini şərh edən “Hürriyyət” qəzeti və “CNN Türk” kanalının iqtisadi məsələlər üzrə şərhçisi Ərdal Sağlam isə qeyd edib ki, siyasət iqtisadi prosesləri düzgün idarə etmir, qovğalar bir an əvvəl bitməlidir: “Amerika Mərkəzi Bankının son qərarından sonra türk lirəsinin müəyyən qədər devalvasiyaya məruz qalacağı gözlənilirdi, ona görə də ABŞ dollarının bir qədər bahalaşmasını təbii qarşılamaq lazımdır. Ancaq cərəyan edən son proseslər türk lirəsinin gözləniləndən daha çox dəyər itirməsinə səbəb oldu, bunun əsas səbəbi isə siyasətçilərin iqtisadi prosesləri düzgün idarə etməməsindədir. Xüsusilə, hüquq sistemi ətrafında yaşanan olaylar milli valyutanın daha çox dəyər itirməsinə aparıb çıxara bilər, ona görə də bu qovğaların bir an əvvəl bitməsi lazımdır. Baş nazirin son əməliyyatların arxasında faiz lobbisinin olduğunu iddia etməsi doğru deyil. Ölkədən qızıl çıxarılması ilə bağlı aparılan əməliyyatlarda qanunsuzluq və rüşvət iddiaları var. Bunun nə dərəcədə doğru olduğunu məhkəmələr araşdıracaq, indidən nəsə söyləmək müstəqil məhkəmələrin işinə müdaxilə etmək mənası daşıyar”.

Baş nazir R. T. Ərdoğanın 17 dekabrdan bəri cərəyan edən proseslərdə Türkiyənin 20 milyard dollar zərərə məruz qaldığı haqda fikrini şərh edən Ə. Sağlam bunun doğru olmadığını söyləyib: “”Halkbank”ın birjadakı dividentlərində düşmə olduğu kimi, birjanın ümumi indeksində də düşmə var. Bu, bir neçə milyard dollar zərər ola bilər, ancaq 20 milyard dollar zərər olması doğru deyil”.

 …

Tam mətn

Vaqif Səmədoğlu bu gün Bakıya qayıdır: Özünü normal hiss edir

 Xalq şairi Vaqif Səmədoğlu bu gün Bakıya qayıdır.  Səmədoğlunun APA-ya verdiyi məlumata görə, İsraildəki müalicəsi bu günlərdə başa çatıb: “İndi Təl-Əvivdə aeroportdayam. Danışmaq imkanım yoxdur, axşama Bakıda evdə olacağam, geniş danışarıq. Kəsə deyim ki, özümü hələlik normal hiss edirəm”.

Qeyd edək ki,  Səmədoğlu  müalicə almaq üçün bir müddət əvvəl İsrailə gedib. 

 …

Tam mətn

Tbilisidə Turqut Özakmanın “Duvarların ötesi» əsərinin premyerası olub

Tbilisidə Atoneli teatrında Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının aktyor kollektivinin iştirakı ilə türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” (Duvarların ötesi) adlı əsərinin premyerası olub. Tamaşa ARDNŞ Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə səhnəyə çıxarılıb. Rollarda gənc aktyorlardan Aslan Məmmədov, Fazil Bayramov, Azər Əliyev, Aysel Məmmədova, Anar Rafiqoğlu və Namiq Valehoglu oynayıb.

Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Namiq Valehoğlu APA-ya açıqlamasında əsərin məhbus həyatından bəhs etdiyini bildirib:

“Aktyorlarımız əsərin premyerasına ciddi hazırlaşaraq isedad və bacarıqlarını nümayiş etdirərək dəfələrlə tamaşaçıların rəğbətini qazanıblar. Türk yazıçısının əsərinə müraciət etməyimiz təsadüfi deyil. Biz gələcəkdə əsəri türk dilində də oynamaq fikrindəyik. Dilimizdə elə də fərq yoxdur. Çalışacağıq ki, yeni ildə Tiflisdə yaşayan türklər də bu əsərin tamaşasına baxa bilsinlər”.

Regissor bu əsərin  31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə dünyada yaşayan azərbaycanlılara bir töhfə olduğunu bildirib.

Tamaşanın premyerasında Tiflisdən, Marneuli və Qardabanidən, Bolnisidən gələn tamaşaçılar iştirak ediblər. 

Tam mətn

Gəncə dairəvi avtomobil yolu rəsmən açıldı

  Bu gün Gəncə dairəvi avtomobil yolunun rəsmən açılışı olub. Ü Yolun mövcud 2 zolağının yenidən qurulmasına 2009-ci ildən, digər 2 zolağın tikintisinə isə 2007-ci ilin noyabrından başlanılıb. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli boru, 4 yol qovşaşı və 8 avtobus dayanacağı inşa olunub. Bundan əlavə, yolun keçdiyi…

Tam mətn

Avtomobilə dövlət qeydiyyat nişanının yeni qayda ilə verilməsi hələ çox ləngiyəcək

NK bu dekabrın 20-də «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nı təsdiqləyib.  Sənədə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə…

Tam mətn

Müəllimin həftəlik dərs yükü 24 saatdan 36 saata qaldırıldı

TN saytında bu gün yerləşdirilmiş məlumata görə, «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə müəllimlərin həftəlik dərs yükünün maksimum həddi 24 saat müəyyən edilib. Lakin təcrübə göstərir ki, ümumtəhsil məktəblərdə fənlər üzrə həftəlik dərs yükünün…

Tam mətn