Redaksiya

İçkili sürücü ailələrə fəlakətlər gətirib

DİN Qaradağda yol polisinin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb. Bildirilir ki, dekabrın 31-də saat 19 radələrində Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Qaradağ rayonu ərazisindəki Daimi Postunun qarşısında Saatlı rayon sakini Xəyal Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan, Qaradağ…

Tam mətn

Sumqayıtda oğru dəstəsi həbs edilib

Sumqayıt şəhərində oğurluqda şübhəli bilinən şəxslər tutulub. DİN saytına istinadən, Şəhər Polis İdarəsinin  əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə İlkin Sadıqov, İlkin Bəşirov, Tural Qafarov, Hüseyn Ağayev, Nicat Ağayev saxlanılıb. Onların  ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində dekabr ayı ərzində Nuranə Məmmədovanın, Tehran İbrahimovun, Tofiq Musayevin, Mənsurə Məmmədovanın, Fuad İsmayılovun, Namiq…

Tam mətn

Planetin əhalisi 7.2 milyardı keçdi

Yanvarın 1-nə Yer kürəsinin əhalisi 7.2 milyard nəfəri keçib. Bu barədə Yer kürəsi əhalisinin Almaniya fondu (DSW) məlumat verir. Fondun analitikləri qeyd ediblər ki, 2013-cü il ərzində planetimizdə yaşayan insanların sayı 80 milyon nəfərə qədər artıb. Məruzənin müəllifləri inkişaf etməkdə olan ölkələrdə əhalinin sayının yüksək səviyyədə qeyri-proporsional artması ilə…

Tam mətn

Anjey Kasprşik 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olundu

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kasprşik 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.  ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Anjey Kasprşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb.

 Anjey Kasprşik bu vəzifəni 1997-ci ilin yanvarından…

Tam mətn

İrakli Alasaniya: Gürcüstanla Azərbaycan arasında elə münasibətlər yaranıb ki…

Bu sözləri Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyənin Turkish policy dərgisinə deyib.

 Nazir bildirib ki, Gürcüstanla Azərbaycanı yalnız enerji deyil, digər sahələrə aid layihələr də birləşdirir: “Bütövlükdə bizim gələcəyimiz regiondakı üç ölkə ilə daha geniş miqyaslı əməkdaşlıqdan asılıdır”.

 Alasaniya Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla həm iqtisadi,…

Tam mətn

Kürəkən qayınatasını və qayınanasını güllələdi

Hadisə Novxanı bağlarında qeydə alınıb. Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı ildoğumlu Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il doğumlu Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Qətli törədən B.Həsənov saxlanılıb….

Tam mətn

SQ Baş Qərargahı Ankara Cümhuriyyət Baş Prokurorluğuna iddia ərizəsi ilə müraciət edib

İddia ərizəsində “Balyoz” və “Ergenekon” adı ilə tanınan cinayət işlərində adı keçən Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətdə və istefada olan personalına qarşı Silahlı Qüvvələri hədəf alacaq şəkildə ittihamlar irəli sürüldüyü, prokuror və hakimlərin müttəhimlərin müdafiə hüququnu nəzərə almadığı, ittiham dəlillərini manipulyasiya etdiyi bildirilib.

 “Balyoz” prosesində vəkil kimi iştirak…

Tam mətn