Redaksiya

Qadın təcridxanaya qazanın qulpunda marixuana keçirmək istəyib…

Baxış zamanı yeməklə dolu olan alüminium qazanın hər iki qulpunda, hər birində 2 ədəd olmaqla cəmi 4 ədəd sellofana bükülmüş ümumi çəkisi 3,28 qram olan narkotik maddə — marixuana aşkar edilərək götürülüb. Qeyd edək ki, E.Dadaşov Cinayət Məcəlləsinin 185.2.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat…

Tam mətn

Bakı-Tbilisi-Kars dəmiryolu üçün İsveçrədən yeni vaqonlar alınacaq

«Azərbaycan Dəmir Yolları» QSC Bakı-Tbilisi-Kars dəmir yolu marşrutunda yeni sərnişin vaqonları buraxmaq niyyətindədir. Bu məqsədlə şirkət Nəqliyyat Nazirliyinə həmin dəmir yolu üçün beynəlxalq standartlara cavab verən sərnişin vaqonlarının alınması məqsədli dövlət büdcəsindən vəsaitin ayrılmasına dair məktubla müraciət edib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, Nəqliyyat Nazirliyinə İsveçrənin «Stadler Rail Group» şirkətindən bu il 30 ədəd dünya standartlarına uyğun olan sərnişin vaqonlarının alınması ilə bağlı məktub ünvanlanıb.

Qeyd edək ki, həmin qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə sərhəd-keçid məntəqəsində vaqon təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1 520 mm-dən 1 435 mm-ə və əksinə dəyişdirilməsi nəzərdə tutan yeni qurğu quraşdırılacaq.

 …

Tam mətn

SOCARın Suriyada biznesi yoxdur: loqotip saxtadır

Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) — “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu da yaydıqları, üzərində “SOCAR”ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin ARDNŞ-ə məxsus olduğunu iddia edirlər. 

ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında həmin avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirib: “Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də “SOCAR”ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, “SOCAR”-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər”. 

Tam mətn

Baş epidemioloq: Kəskin respitaror xəstəliklərlə bağlı durum narahatlıq doğurmur

Ölkənin hazırkı epidemioloji vəziyyətini çox yaxşı qiymətləndirən İ.Ağayev bildirib ki, hazırda bəzi insanlarda qripin müşahidə edilməsi normal haldır: «Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qripə yoxluxma var. Bu, labüd bir hal, təbii bir prosesdir. Tarix boyu yoluxucu xəstəliklər olub, olacaq da. Bunun qarşısını almaq təbiəti məhv etmək deməkdir….

Tam mətn

Sərbəst güləşçilər təlim-məşq toplanışlarına başladılar

Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti bildirir ki, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yanvarın 4-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilin ilk hazırlığını keçir. Təlim-məşq toplanışına 12 idmançı — Yaşar Əliyev, Hacı…

Tam mətn

Hollandiya Ruslarının Koordinasiya Şurası Haaqada Azərbaycan məktəbinin müsafirləri olublar

Haaqa Azərbaycan məktəbinin növbəti müsafirləri Hollandiya Ruslarının Koordinasiya Şurasının üzvləri olub Xəbər verdiyimiz kimi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi ötən il dekabr ayının 14-dən Haaqa şəhərində yerləşən yeni ofisinə köçüb. Burada birlik rəsmi fəaliyyətini davam etdirməklə yanaşı Nizami Gəncəvi adına Azərbaycan Məktəbi də təşkil edib. Dahi Azərbaycan şairi…

Tam mətn

Həbsdə olan iranlı casusla bağlı Bakı ilə danışıqlar gedir

Onun sözlərinə görə, Feyzinin azadlığa buraxılması ilə bağlı işlər davam etdirilir: «Biz məsələni həm Tehrandan, həm də Bakıdan izləyirik». Bəhram Feyzi CM 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri…

Tam mətn