Redaksiya

İlqar Məmmədov və Tofiq Yaqublu məhkəmədə çıxış ediblər

Məmmədov bildirib ki, İsmayıllıya vəziyyətlə yerində tanış olmaq və siyasi qiymət vermək  məqsədilə İsmayıllıya gəlib. O xatırladıb ki, 1 mart 2012-ci il Quba iğtişaşları zamanı da o, eyni məqsədlə həmin rayona səfər etmişdi. Onun sözlərinə görə, hər iki hadisənin mənşəyi eynidir və hakimiyyətin böhranının təzahürü olub. Məmmədov ona qarşı…

Tam mətn

Milli Məclisə smartfon və android keçirmək yasaqdır

“Bu, Milli Məclisə daxil olan hər kəsə aiddir. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan bütün telefonları binaya daxil olarkən girişdə təhvil verməlidir. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bu avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”, — mətbuat katibi qeyd edib. Milli Məclisə smartfon…

Tam mətn

Bakının mərkəzində daha haralar söküləcək?

Şöbə müdiri sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb: «Bakıda «Sovetski» adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma «Sovetski» sökülüb qurtarmadı. Bir şey də deyim ki, «Sovestki»nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası…

Tam mətn

XİN: Suriyada öldürülən azərbaycanlıların kimliyi araşdırılır

Xarici İşlər Nazirliyi son günlər Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bu barədə APA-nın sorğusunu cavablandıran XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı…

Tam mətn

Konfet ağacı iki ildir bar verir

Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. 59  yaşlı bağbanın APA-ya bildirdiyinə görə,  konfet ağacının meyvəsinin toxumlarını hələ 1980-ci illərin ortalarından evə gətirərək, onları xüsusi qablarda cücərtməklə daha sonra şitillərini torpağa basdırıb. Aqrotexniki qulluq sayəsində konfet ağacı boy ataraq 2 il sonra bar verib. İndi Nizam Cabbarovun həyətində konfet ağacının sayı bir deyil, onlarladır.

Bağbanın sözlərinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda təcrübə olaraq ilk dəfə 1935-ci ildə Mərdəkanda yetişdirilib.  Nəticə müsbət olduğundan konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub. Nizam kişi isə konfet ağacının sayını artıraraq, ondan tanışlarına, qonum-qonşulara da hədiyyə edib. N.Cabbarovun sözlərinə görə, konfet ağacı iyun ayının ortalarında çiçək açır: ”Bu zaman arılar ağacın ağ çiçəklərinə qonaraq nektar toplayırlar. İndi mən konfet ağacının hesabına həm də arıçılıqla məşğul oluram. Bəslədiyim 5 arı pətəyi sayəsində ailə büdcəmizə əlavə gəlir daxil olur”.

Nizam kişinin qənaətincə, konfet ağacının sürüşmə baş verən ərazilərdə əkilib çoxaldılması torpağın eroziyaya uğramasının qarşısını alır: ”Ağacın kökləri torpağın dərin qatlarına uzanıb getdikcə sürüşmə təhlükəsi minimuma enir”.

Maraqlıdır ki, konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat vardır. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir.

Qeyd edək ki, Azərbaycan üçün nadir bitki növlərindən sayılan konfet ağacını qoruyub gələcək nəsillərə ötürmək məqsədilə onun adı ölkənin “Qırmızı kitab”ına daxil edilib.

Tam mətn

“Qarabağ” dünyanın ən güclü 200 klubu sırasında yer alır

2013-cü il üçün 12 ayının nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb. Burada Azərbaycanın 1 təmsilçisi də var. Daxili arenada titul qazana bilməsə də, Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır. Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel”…

Tam mətn

Məsut Özil 3-cü dəfə Almaniyanın ən yaxşısı futbolçusu seçilib

Almaniyada 2013-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Almaniya Futbol İttifaqının bununla bağlı keçirdiyi sorğuda yığmanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil hamını qabaqlayıb. 25 yaşlı futbolçusu səslərin 30 faizini toplayaraq buna nail olub. Digər iki pillədə isə “Bavariya”nın futbolçuları qərarlaşıb. Filipp Lam ikinci (17.5 faiz səs), Tomas Müller isə üçüncü yeri tutub (13.7 faiz). Bu saat İngiltərə “Arsenal”ının şərəfini qoruyan Özil ard-arda 3-cü dəfə bu mükafata layiq görülüb.

Tam mətn