Orta məktəbin yaxınlığında narkotik satan ərzaq mağazası…
Orta məktəbin yaxınlığında narkotik vasitələrin satışı həyata keçirilən mağaza aşkar edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb: “Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar. Araşdırmalarla müəyyən edilib ki, Rahim Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir marixuana da satırmış. Rahim Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub”.
Tam mətn