Redaksiya

Sorğu: Seçki sistemini necə formalaşdırmalı?

Seçki bülletenlərinin qutulara topa şəklində atılması kimi ciddi pozuntuların aradan qaldırılması üçün siyasi iradə lazımdır. Bundan əlavə, məruzədə hakimiyyət “seçkilərin qorxu atmosferində keçirilməsinin qarşısının alınması”, böhtan və təhqirə görə cinayət cəzasının aradan qaldırılması, vətəndaşların KİV vasitəsilə siyasi alternativlər haqda hərtərəfli informasiya almasının Seçki Məcəlləsində əks olunması üçün tədbirlər görməyə…

Tam mətn

ARDNŞ-də struktur islahatları nəticəsində minlərlə işçi ixtisara düşəcək

Yanvarın 10-da İnsan Resursları Departamentində “Energetik” və “Kadrların hazırlığı üzrə mühəndis” vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib. Test imtahanı kompüter proqramları vasitəsi ilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını…

Tam mətn

Balakənli bədbəxt ata Suriyada itkin düşmüş oğlunu axtarır

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə  -ya açıqlamasında bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və…

Tam mətn

Qafar Çaxmaqlı ermənicə-Türkcə və Türkcə-ermənicə lüğət hazırlayıb

Kayseri şəhərindəki  Erciyəs universiteti azərbaycanlı müəllim, dosent Qafar Mehdiyevin (Qafar Çaxmaqlı) “Ermenice dersler (kendi-kendine ermenice öğrenenler için)» kitabını çapdan  buraxıb. 330 səhifəli kitabının nəşri ilə bağlı APA-ya açıqlama verən Qafar Mehdiyev, əsərinin erməni dilini öyrənmək istəyənlər üçün Türkiyədə  ilk metodik xarakterli dərslik olduğunu deyib. Kayseridəki  Erciyəs universitetində Türkiyənin ilk ermənişünaslıq kafedrasını yaradan dosent Qafar Mehdiyev (Çaxmaqlı) sözlərinə bu şəkildə davam edib: ”Türkiyəyə qarşı “soyqırım” böhtanlarının gündəmi daha çox məşğul  etdiyi bu günlərdə ölkədə ermənicə bilən və mənbələri orijinaldan araşdıracaq olan türk mütəxəssislərə böyük ehtiyac yaranıb. Bu kitab təkcə ali məktəblərdə deyil, erməni dilini sərbəst şəkildə öyrənmək istəyənlər üçün də önəmli bir vəsait olacaq”.

Alim bu səpkili dərsliyə Azərbaycanda da ehtiyac olduğunu bildirib: “Çünki istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı atılan böhtanlara obyektiv şəkildə cavab verə bilmək üçün erməni dilini yaxşı öyrənməyimiz və mənbələri orijinaldan oxuya bilməyimiz lazımdır.

Qafar Mehdiyev bildirib ki,  Ərciyəs universitetində ermənişünaslıq kafedrasını yaradılandan sonra Türkiyənin digər elmi qurumları, araşdırma mərkəzləri, QHT-ləri, dövlətin müvafiq qurumları bu işə ciddi maraq göstərirlər. Q.Mehdiyev  yaxın gələcəkdə ermənicə-Türkcə və Türkcə-ermənicə  hazırladığı lüğətləri çapa verəcəyini qeyd edib. Bundan əlavə Türkiyənin və Azərbaycanın “erməni problemi” ilə bağlı geniş miqyaslı araşdırmalarını da çapa hazırladığını bildirib. O, həmçinin, 2013-cü ildə türkcə çapdan çıxmış “Ermeni düşüncə sistemi və terör” adlı kitabının  dünya miqyasında böyük maraq doğurduğunu bildirərək, hazırda kitabın bir neçə dilə tərcümə olunduğunu qeyd edib.

Ankarada çapdan çıxan “Yeni Türkiye” adlı toplumun dekabr sayında Qafar Mehdiyevin “Türk-ermeni dil ilişkileri ve Türkçenin ermeniceye etkisi” adlı iri həcmli məqaləsi çap edilib. 

Tam mətn

Kişi qatar bələdçiləri bu gün aksiya keçiriblər: ADY açıqlama yaydı

“Azərbaycan Dəmir Yolları” QSC kişi qatar bələdçilərinin bu gün keçirilən aksiyası ilə bağlı açıqlama yayıb. “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq…

Tam mətn

Mübahisəli obyektin də, ona çəkilən xərclərin də Zaur Həsənova heç bir aidiyyəti olmayıb…

AHİK özünə qəsd edən Qarabağ qazisi Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı ilginc açıqlama yayıb. Bildirilir ki, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi, hətta bankların onun mülkünə həbs qoyması göstərilib, dəqiq məbləğ isə heç kim tərəfindən açıqlanmayıb.

AHİK bu müəmmaya aydınlıq gətirmək üçün rəsmi sənəd yayıb. Bu, “Edis Group” şirkətinin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya şikayəti verməsi ilə bağlıdır. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəli obyekti “Edis Group” şirkəti tikib, bütün xərcləri şirkət çəkib. Obyekt də “Edis Group” şirkətinin balansındadır və şirkətin işçilərin istirahət obyekti kimi işə salınıb: “İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin və “Şıx” Sanatoriyasının cavabdehlər Bibiheybət Bələdiyyəsinə və fiziki şəxs Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli “İcarə müqaviləsinin etibarsız  hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması barədə  iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı Qətnamə qəbul edib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilib. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29 günü) bərpasından Apellyasiya Məhkəməsi imtina edib. 12.01.2011-ci ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq verməyib. Əlavə kassasiya şikayətləri təmin edilməyib, axırıncı qərardad 01.06.2011-ci ildə qəbul edilib: “04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti barədə sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq.  Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar”.

AHİK bu sənədə əsasən  Bibi-Heybət qəsəbəsi, “Şıx” Sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibinin “Edis Group” şirkəti olduğunun üzə çıxdığını bəyan edir: ““Edis Group” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir,  Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar.  O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov “Edis Group” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib.  Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur  mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb. Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar edib?!”.

Tam mətn

BMT TŞ islah olunmalı və müasir geosiyasi reallığı özündə əks etdirməlidir

Müəllif Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulması faktına diqqəti çəkərək, BMT TŞ-nin effektivliyinin, ilk növbədə, üzv dövlətlərin BMT nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərə riayət etməsindən asılı olduğunun Azərbaycan tərəfindən davamlı şəkildə BMT TŞ-də səsləndirildiyini vurğulayıb. BMT TŞ-yə seçildikdən sonra Prezident İlham Əliyevin…

Tam mətn