Redaksiya

Suriyada dünən öldürülən azərbaycanlı gəncin şəxsiyyəti müəyyənləşib

Suriyada dünən öldürülən azərbaycanlının kimliyi məlum olub. Dünən Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən azərbaycanlıgənc “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü Sumqayıt şəhər sakini Rəhman Şıxəliyevdir.  Şıxəliyev uzun illər boksla məşğul olub və 2010-2011-ci illərdə Azərbaycanda keçirilən boks üzrə respublika çempionatlarında yüksək nəticələr əldə edib. O, 2011-ci ildə idmandan uzaqlaşaraq dini qruplaşmalara qoşulub.  Şıxəliyev əvvəlcə Türkiyəyə, oradan da Suriyaya gedib.

Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev də APA-ya açıqlamasında Rəhman Şıxəliyevin 2011-ci ilə kimi məşqlərə qatıldığını, sonradan isə idmandan uzaqlaşdığını təsdiqləyib: “Bəli belə bir idmançı olub. Lakin o, 2011-ci ildən idmandan uzaqlaşıb və məşqlərə qatılmayıb. Həmin vaxtdan sonra məşqçilər bir neçə dəfə onunla əlaqə yaratmağa cəhd etsələr də, tapa bilməyiblər”.

Qeyd edək ki, dünən “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. “Abdurrahman” ləqəbli azərbaycanlı mücahidin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur.

 Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Tam mətn

Keçmiş Quantanamo məhbusu olan azərbaycanlı slovak dilini öyrənir

Quantanamodakı həbs düşərgəsindən sərbəst buraxılan azərbaycanlı Polad Siracov Slovakiyada yaşayır. The Slovak Spectator nəşrinə istinadən, Siracovla birlikdə Slovakiyada yaşamalarına icazə verilən digər Quantanamo məhbusları – misirli Adil-əl-Qazzar və tunisli Rafiq Hami isə 2010-cu ilin iyulunda buraxılıblar.

2009-cu ildə ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması haqda sərəncam verib. Bundan sonra əksər məhbuslar azadlığa buraxılıblar. Azərbaycanlı P. Siracov da onların arasında olub. Əfv olunduqdan sonra o, vətənə dönməkdən imtina edib. Beynəlxalq təşkilatların köməyi ilə P. Siracov 2010-cu ilin yanvarında Slovakiyaya göndərilib. Bu ölkədə yaşamaq icazəsi almağın əsas şərti kimi keçmiş məhbuslar Slovakiya dilini öyrənməyə başlayıblar. Hökumət iş axtarmaqda və yaşayış yeri ilə təmin olunmaqda onlara yardımçı olacağını vəd edib.

The Slovak Spectator yazıb ki, yaxın vaxtlarda ölkə hökuməti daha 3 keçmiş Quantanamo məhbusunu qəbul edəcək. 2013-cü ilin sonlarında Pentaqon Çin vətəndaşı olan 3 uyğurun Slovakiyaya təhvil veriləcəyini açıqlayıb. Slovakiya XİN-in rəsmi nümayəndəsi İvan Netik bildirib ki, daha əvvəl qəbul edilən 3 məhbus kimi, bu məhbuslar da heç vaxt terror törətməkdə şübhəli sayılmayıblar və ya terrorda ittiham olunmayıblar.

Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, bir müddət Rusiyada fəaliyyət göstərən Türkiyə şirkətində çalışıb. 2001-ci ilin əvvəlində evdən çıxan P. Siracov bir daha geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsi onun taliblərlə birlikdə həbs olunduğunu və Quantanamoya aparıldığını öyrənib.   

Tam mətn

Pol Stil Azərbaycanı bir səyyah gözü ilə dəyərləndirib

Britaniyalı səyyah Pol Stil özünün rəsmi bloqunda «Sahdağ» Qış-Yay Turizm Kompleksinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb.  Qeyd edək ki, Pol Stil Şimali İngiltərədən olan turizm bloqçusudur. O, səyahət edərək bütün dünyadakı ən maraqlı yerləri, əsasən də turizm nöqteyi-nəzərindən o qədər də məşhur olmayan ölkələri öz bloqunda…

Tam mətn

İctimai nəqliyyatda kartla ödəniş sisteminin tətbiqinə başlandı

İctimai nəqliyyatda gediş haqlarının kartla ödəniş sisteminin tətbiqinə başlanıb.  Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq. Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılıb. Həsənov bildirib ki, artıq təxminən 450 min kart…

Tam mətn

Sürücülərin avtomobillərini alindən alıb aparan quldurlar yaxalanıb

Sürücülərin avtomobillərini alindən alıb aparan quldurlar yaxalanıb. Y Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi VAZ-2107 markalı avtomobilə minərək Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən alıblar. Yanvarın 7-də isə Suraxanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum…

Tam mətn

The New York Times: Vüqar Həşimov risk sevən şahmatçı idi

The New York Times qəzeti azərbaycanlı şahmatçısı Vüqar Həşimovun vəfatı barədə məlumat yayıb.  Qəzet Vüqar Həşimovun şahmat karyerasındakı uğurlar və qazandığı medallar haqqında geniş məlumat verib. İstedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.  Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə…

Tam mətn

Müdafiə naziri Fransaya gedib: əməkdaşlıq sazişi imzalanacaq

Müdafiə naziri Zakir Həsənov yanvarın 13-də Fransaya rəsmi səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Azərbaycan və Fransanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulub.

Həsənov Fransanın müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşəcək. Görüşlərdə beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq….

Tam mətn