Redaksiya

Heyvan oğruları kənddən əliboş getmirdilər

Ağcabədi rayonunda həyətlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.  Son günlər vətəndaşlara məxsus mal-qaranın oğurlanması faktı ilə şöbəyə daxil olan müraciətlər əsasında polisin apardığı əməliyyat-axtarış tədbirləri üz nəfərdən ibarət qrupun yaxalanması ilə nəticələnib. Belə ki, sonuncu dəfə rayonun Hüsülü kənd sakini Həsənova Nərgiz Firidun qızı Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Görülən tədbirlər nəticəsində məlum olub ki, oğurluğu Ağdaş rayonunun Xosrov kənd sakinləri İsayev İsmayıl Vahid oğlu (1986), Mahmudov Ramin Arif oğlu (1992) və onun yaşıdı Əlizadə Şahin Hakim oğlu törədiblər. Onlar dəfələrlə Hüsülü kəndində yaşayan tanışlarının evinə gələrək orada gecələyib, tezdən gedəndə isə hansısa kənd sakininin heyvanını oğurlayıblar. Həmin şəxslər oğurladıqları heyvanı sözügedən yaşayış məntəqəsinin yaxınlığındakı mal bazarında satıb gedirmişlər. Oğurluqda şübhəli bilinənlərin üçü də polis tərəfindən saxlanılaraq istintaq təhvil verilib. Onların başqa oğurluq əməlinin olub-olmaması da araşdırılır.

Daha bir oğurluq əməlinin də üstünü açan Ağcabədi polisinin əməkdaşları təsərrüfat malları mağazalarından elektrik cihazları oğurlayan rayon sakinin saxlayıblar. Bu isə rayonun Cəfərbəyli kənd sakini Əbilov Səxavət Allahverdi oğludur. Onun Ağcabədi şəhər sakini Mirzəyev Elnur Sabir oğluna məxsus mağazadan elektrik generatoru oğurladığı bildirilib.  Əbilov istintaqa ifadəsində başqa-başqa ünvanlardan da kiçik həcmli su nasosları apardığını etiraf edib.

 

 …

Tam mətn

Polis rəisindən ölkəni tərk etməmək barədə iltizam alınıb

BƏƏ-də saxlanılan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov yenidən sərbəst buraxılıb. Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb. Bu barədə APA məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Xatırladaq ki, ötən ilin noyabrın 6-da BƏƏ-də saxlanılan Azərbaycan vətəndaşı Cavadağa Sultanov fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Bir müddət sonra C.Sultanov Azərbaycanın BƏƏ-dəki səfirinin xahişi əsasında səhhəti ilə əlaqədar azadlığa buraxılıb. C.Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabidəki səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib. Lakin yanvarın əvvəlində Dubay Ali Məhkəməsinin qərarı ilə C.Sultanov məhkəmə iclasına gəlmədiyi üçün yenidən saxlanılıb.

Polis polkovniki Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib. Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.

Tam mətn

Milli Şura Yadigar Sadıqlının həbsini qanunsuz sayan bəyanat yaydı

Demokratik Qüvvələrin Milli Şurasından Turan-a daxil olan sənəddə deyilir ki,  Milli Şura Yadigar Sadıqlı başda olmaqla qanunsuz həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını bir daha tələb edir. “Milli Şura olaraq məhkəmənin qərarını  qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu addım hüquqa və məntiqə ziddir. 9…

Tam mətn

Polislər İlqar Məmmədova və Tofiq Yaqubluya qarşı ittihamları təsdiqləməyiblər

Prokuror və hakim ondan fərqli ifadələr verməsinin səbəblərini açıqlamasını tələb  ediblər. Lakin polis əməkdaşı deyib ki, Məmmədov və Yaqublunun qanunazidd hərəkətlər törətdiklərini görməyib.  Fasilədən sonra saat 14:30-da Sultanzadə  ifadə verməyə davam edəcək. Proses zamanı müttəhim Səxavət Səmədovun halı pisləşib. O, polis əməkdaşının onun əleyhinə yalan ifadə verməsinə etiraz olaraq…

Tam mətn

Xaçmazda əhaliyə at-eşşək əti sırıyanların izinə düşüblər

Ölkənin daha bir bölgəsində — bu dəfə Xaçmazda əhaliyə at-eşşək əti sırıyanların izinə düşüblər. Bu madhiş mənzərə meşə massivində aşkarlanıb.  Sözügedən əraziyə polis əməkdaşları baxış keçirib. Heyvan cəsədlərini meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir. Bəlli olduğu kimi, Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi…

Tam mətn

Kişi vaqon bələdçilərini qanunsuz gəlirdən məhrum edilmələri hiddətləndirib

Daha əvvəl «Azərbaycan Dəmir Yolları» QSC-nin beynəlxalq reyslərində işləmiş bələdçi kişilər daxili reyslərə göndərilib. Bunu bazar ertəsi Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, işdən qovulduqlarını bildirən bələdçilərin narazılığının heç bir əsası yoxdur: «Çünki beynəlxalq reyslərdə işləmiş bələdçi kişilər daxili reyslərə təyinat alıblar». N.Əzməmmdəov qeyd edib…

Tam mətn

İdman gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü medallara sahib olublar

İdman gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü yeni ildə ilk medallarına sahib olublar.  Şıxəliyevin komanda yoldaşı Uğur Xəlilbəyli də mükafata ciddi iddiaçı idi. Nəticədə heç də asan olmayan proqram ona bürünc mükafatı, Azərbaycan komandasına isə bir finalda ikinci medalı gətirib. Əgər Londonda Olimpiya Oyunlarının iştirakçısı, beynəlxalq yarışların mükafatçısı, bir sözlə,…

Tam mətn