Redaksiya

Dörd çinli bizim bank sektorumuza kiber hücum ediblər

Nərimanov rayon polisi ölkəmizin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Çin Xalq Respublikasının vətəndaşları — 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş…

Tam mətn

Narkotiklə tutulan həm də oğru çıxdı

Narkotiklə tutulan Bakı sakininin oğurluq etdiyi də məlum olub.  Araşdırma zamanı müəyyən edilib ki, Məmmədov avqustun 15-də Motodrom yaşayış sahəsində yaşayan Fərhad Mikayılov evindən 3700 manat, qızıl-zinət əşyaları, sentyabrın 2-də Rüfət Əhmədzadənin evindən qızıl-zinət əşyaları, sentyabrın 25-də Sulutəpə qəsəbəsində Ramal Məmmədovun evindən qızıl-zinət əşyaları, dekabrın 21-də Motodrom yaşayış sahəsində Ziyafət…

Tam mətn

Arif Əliyevə açıq məktub

Salam, əziz dost. Salamdan sonra mənim də əhvalımı xəbər almaq istəsən, boynuma alım ki, sənin «Son çağrı»nı oxuyandan sonra heç də özümü yaxşı hiss eləmirəm. Qoy lap əvvəldən başlayım. Bu kitabın yazıldığını çoxdan bilirdim. Bu barədə aramızda çox söhbətlər olmuşdu. Hətta sənə sataşmışdım da, — «Qocalmısan, qardaş, daha memuar…

Tam mətn

Alessandro Safinanın Bakıda konserti olacaq

Dünya şöhrətli opera və estrada sənətçisi Alessandro Safinanın Bakıda konserti olacaq.  Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də Siena şəhərində doğulub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və…

Tam mətn

Köhnə avtomobillərin utilizasiyası təklif olunur

Köhnə avtomobillər utilizasiya edilməlidir. Bunun üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisi hesab edir ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir. Onun sözlərinə görə, lakin  ölümlə nəticələnən yol qəzalarının, eləcə də…

Tam mətn

Oğurlanan 34 avtomobildən səs-soraq yoxdur

Ötən il ərzində Bakıi üzrə 154 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması faktı qeydə alınıb. Bu barədə Trend-ə  paytaxt Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.  Bölmə rəisi, onu da qeyd edib ki, hesabat ilində yol polisi əməkdaşları tərəfindən axtarışda olan 7 cinayətkar tutulub,…

Tam mətn

İş adamının evinə basqın edənlərdən biri erməni çıxdı

Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresindən APA-ya bildirilib ki, dəstə üzvlərindən 2 nəfər saxlanılıb, digərlərinin saxlanılması istiqamətində iş gedir. İstintaq sirri olduğu üçün saxlanılanların kimliyi hələlik açıqlanmır, lakin onların birinin milliyyətcə rus, o birinin erməni olduğu bildirilir. O da qeyd olunur ki, hər iki şəxs rus mafiyasının üzvüdür.

Hadisədən dərhal sonra atışma nəticəsində əlindən açılan güllə basqınçılardan birini öldürdüyü üçün həbs olunan Ş.Məmmədovun səhhəti ötən gecə ağırlaşıb və onda ənənəvi olan miostaniya xəstəliyinin əlamətləri şiddətlənib. Ş.Məmmədovu təcridxanadan xəstəxanaya köçürüblər.

Noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, tanınmış iş adamı Ş.Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş.Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib

Tam mətn