Redaksiya

AŞPA-dan islandiyalı və finlandiyalı üzvlər cəbhə bölgəsində olublar

Avropa Şurası Parlament Assambleyasının üzvü, İslandiya parlamentinin deputatı, keçmiş daxili işlər naziri Ogmundur Yonasson və assambleyanın digər üzvü, Finlandiyadan olan Jaakko Laakso Ağdam rayonuna səfər ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qonaqlar Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.

RİH-də xarici qonaqlara Dağlıq Qarabağın tarixi, münaqişənin gətirdiyi fəlakətlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı haqda geniş məlumat verilib. Bundan sonra O. Yonasson və J. Laakso rayonun cəbhəyanı yaşayış məntəqələrinə baş çəkiblər. Onlar təmas xəttində yaşayan insanların həyat tərzi və şəraiti ilə yaxından tanış olublar. Ermənilərin atəşkəs zamanı hədəfə aldığı evlərin divarlarında güllə izlərini maraqla seyr edən AŞPA üzvləri insanların burada necə yaşamasından təəccüblərini ifadə ediblər.

O. Yonasson jurnalistlərə açıqlamasında deyib ki, səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dolğun informasiyalar əldə etməkdir: “Bizə Ağdam İcra Hakimiyyətində kifayət qədər məlumatlar verildi. Amma biz istədik ki, cəbhə xəttinə gedib təcrübəmizə əsasən bilgilərimizi daha da artıraq. Biz dünya ictimaiyyətinin marağını bu məsələyə daha çox yönəltmək istəyirik”.

J. Laakso isə bildirib ki, ATƏT-in Minsk Qrupu və digər qurumlar münaqişənin həllindəki səylərini artırmalıdır: “Müharibəni ancaq sülh yolu və danışıqlarla həll etmək lazımdır. Müharibə nəinki problemi həll edir, daha çox problemlər törədir”. 

Tam mətn

Bu il 3 adda yeni optik sistemin, o cümlədən termal nişangahın istehsalına başlanacaq

Azərbaycan bu il 3 adda yeni optik sistemlərin, o cümlədən termal nişangahın istehsalına başlayacaq. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyindən məlumat verilib.

Artıq müvafiq məhsulların istehsalı üçün müəssisədə istehsalat sahəsi yaradılıb və zəruri olan bütün sistem qurulub. Termal nişangah ASELSAN şirkətinin lisenziyası əsasında istehsal ediləcək və bu şirkətinBOAadlı termal nişangahının Azərbaycan analoqu olacaq.

Müəssisə yaxın perspektivdə 3,5-4,5 qat böyütməyə malik optik gecəgörmə vasitələrinin, habelə Silahlı Qüvvələrin ehtiyac duyduğu müxtəlif optik sistemlərin istehsalını həyata keçirməyi planlaşdırır.

Azərbaycanda istehsal olunan STON adlı optik nişangahlar milli istehsal olan 14,5 mm çaplı «İstiqlal» və 12,7 mm çaplı «Mübariz» snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunur.

Hazırda İstehsalat Birliyinin «Alov» zavodunda Silahlı Qüvvələr üçün 12 adda optik cihaz istehsal edilir. Onların arasında atıcı silahlar, qumbaraatanlar, minaatanlar və toplar üçün optik nişangahlar, kollimatorlar, gecəgörmə vasitələri, durbinlər var.

 

 …

Tam mətn

Polis qanunsuz küçə ticarəti və qəzet satışının qarşısını alacaq

Mətbuat xidməti onu da bildirir ki, qanunsuz küçə ticarəti yığışdırılıb, xüsusi icazə əsasında fəaliyyət göstərmək üçün müxtəlif yollarla əldə edilən sənədlər isə artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilib. Xatırladaq ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti…

Tam mətn

Bir polis əməkdaşı da İsmayıllı hadisələrinə şahidlik etməkdən boyun qaçırıb

Bugünkü prosesdə F.Əzizov deyib ki, öz ifadələrini oxumayıb və ona verilən mətni imzalayıb. Hakim və prokurorun çoxsaylı suallarına baxmayaraq, F.Əzizov müttəhimlərin əleyhinə ifadə verməyib. Sonra mülki şəxslərdən 5 zərərçəkən çıxış edib. Onların arasında “Çıraq” otelinin əməkdaşları da olub. İğtişaşlar zamanı onların avtomobillərinə və digər əmlaklarına ziyan dəyib. Lakin onlar…

Tam mətn

Zauri Postancyan AŞPA-nı bir-birinə vuracaq

Ermənistan yanvarın 27-də öz işinə başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının diqqət mərkəzində ola bilər.  Epress.am saytı «Aykakan jamanak» qəzetinə istinadən xəbər verir ki, o Amma erməni deputatın üzvü olduğu Avropa Xalq Partiyasının fraksiyası ona dəvətnamə göndərdiyinə görə Postancyan Strasburqa gedir. Zauri Postancyan nəşrə açıqlamasında AŞPA-nın Ermənistanın…

Tam mətn

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək, Dağıstana investisiya qoyacaq

Bu komissiya Dağıstan rəhbəri Ramazan Abdulatipovun Azərbaycana rəsmi səfərinin yekunları üzrə yaradılıb. Şıxsaidov onu da bildirib ki, yaxın günlərdə hökumətlərarası komissiyanın üzvlərinin Azərbaycana işçi səfəri planlaşdırılıb. İclasda Dağıstanın Azərbaycan tərəfinə sərmayə qoyulması üçün təqdim edə biləcəyi təkliflər paketi müzakirə olunub. Həmçinin söhbət Dağıstanda konserv zavodunun, logistika mərkəzinin, kaşı plitələrin…

Tam mətn

İranı oğurluq başına götürüb

İranda ən çox oğurluq cinayəti törədilir. Sutka ərzində ölkədə 2000 oğurluq hadisəsi baş verir. Bunu İranın Hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bu gün jurnalistlərə deyib.  Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində (İranda il martın 21-də dəyişir) ölkədə oğurluq cinayətinin törədilməsi halları ötən illə müqayəsidə 26 faiz…

Tam mətn