Redaksiya

Qazaxıstanla hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini bildirib. Öz növbəsində səfir dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi,…

Tam mətn

Misirdə xalq islamçılara rədd cavabı verdi

Misirin yeni konstitusiyası üzrə referendum iki gün (14-15 yanvar) ərzində keçirilib. Məntəqə seçki komissiyaları səsləri hesablamağa davam edirlər. Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq. Ölkənin Ali Seçki Komissiyasının məlumatına görə, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub. Qeyd edək ki, referendumun ilk günü qanlı toqquşmalarla…

Tam mətn

Qızılgülün 9 yeni sortunu əldə edib: «Sənsiz», «Qaragilə», «Sarıköynək» …

İsgəndərov deyib ki, qızılgül kolleksiyasında dekorativ göstəriciləri yüksək olan sortlara yaxşı aqrotexniki qulluq göstərilsə də, onlar Abşeron şəraitində xəstəliklərə asan tutulur, qızmar yay istilərinə və quraqlığa davam gətirmir və yaxud yeni şəraitə uyğunlaşa bilməyərək quruyurlar. Yeni sortlar isə Azərbaycanın, xüsusilə Abşeronun iqlim şəraitinə tam uyğundur. Bu güllər quraqlığa və…

Tam mətn

Kim onlarla deyil öldürməyə layiq bilirlər…

Q.Süleymanov həmçinin Azərbaycan vətəndaşlarının Suriyaya getməsinin səbəblərindən danışıb: “Azərbaycanda insanların dini radikalizmə cəlb edilməsinin daxili və xarici səbəbləri var. Xarici səbəbləri müsəlman ölkələrində çoxsaylı insanların müharibə və münaqişələr nəticəsində öldürülməsidir. Dini radikallar bunları görüb, müsəlmanlara kömək edə biləcəyi düşüncəsi ilə bu ölkələrə gedir. Daxili səbəblərə gəlincə,  dindarların sıxışdırılması, bəzi…

Tam mətn

RF miqrant axınına qarşı qanunları sərtləşdirir

Rusiya Federal Miqrasiya Xidmətinin xətti ilə miqrasiya qanunvericiliyi ilə bağlı 30-a yaxın qanun layihəsi hazırlanıb. FMX-nin mətbuat katibi Zalina Kornilova İTAR-TASS İnformasiya Agentliyində keçirilən brifinqdə bildirib ki, miqrasiya sahəsində mövcud qanunvericiliyə ciddi dəyişiklik edilib.  FMX-nin departament rəhbərinin müavini Dmitri Demidenko isə çıxışında keçən il Rusiyaya 17,5 milyon miqrantın gəldiyini söyləyib….

Tam mətn

Qanunsuz yoxlama aparan məmur cinayət məsuliyyətinə cəlb ediləcək

Parlament yaz sessiyasında sahibkarların fəaliyyətinə müdaxilə edən məmurlarla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni məsuliyyətlərlə bağlı əlavələri müzakirə edəcək.  Bu, ötən ilin yaz sessiyasında Azərbaycanda yeni qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərini pozan yoxlayıcı məmurların cinayət və inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq olaraq hər iki məcəlləyə müvafiq maddələr əlavə olunacaq.

Bu maddələrə görə, yeni qanunda təsbit olunan risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə cəlb olunacaq. Bura müvafiq olaraq müxtəlif dərəcəli inzibati cəza tədbirləri, maaşların müvafiq mislində cərimələr, eyni zamanda vəzifədən azad olma daxildir. Bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar, sahibkarın fəaliyyətinə ciddi zərər vuranlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bununla bağlı Cinayət Məcəlləsinə nəzərdə tutulan əlavələr arasında azadlıqdan məhrumetmə də var ki, bura ictimai işlərlə yanaşı, işin motivindən asılı olaraq 1, 3 və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə bağlı təkliflər də daxildir. Məcəllələrə edilən əlavələrlə bağlı layihə qanunun tam olaraq qəbulundan dərhal sonra müzakirəyə çıxarılacaq.

Yeni qəbul olunmuş qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda — iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda — üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə, yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır.

 

 …

Tam mətn

İqtisadi Azadlıq İndeksinə görə dünyada 81-ci yerdəyik

The Heritage Foundation» təşkilatı dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik «İqtisadi Azadlıq İndeksi — 2014» hesabatını («2014 Index of Economic Freedom») açıqlayıb.  Hesabatda bildirilir ki, 80,2-100 bal iqtisadiyyatın tam azad, 70,7-78,7 bal – əsasən azad, 60,0-69,9 bal — orta azad, 50,0-59,9 bal — əsasən azad olmayan,…

Tam mətn