Redaksiya

100 manatlıq əskinasla diqqətli olun

 Bakıda saxta pul hazırlayan şəxs tutulub. DİN saytına istinadən, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gəlmiş Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əskinas verib 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq gedib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abbasov saxlanılıb və onun idarə etdiyi VAZ-2107 markalı avtomobilə baxış zamanı 11 ədəd eyni nömrəli 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Abbasov saxta əsginasları tanışı Naib Aslanova məxsus mağazada saxladığı HP markalı printer vasitəsi ilə hazırladığını bildirib. Baxış zamanı oradan 1 ədəd printer və digər alətlər aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işinin başlandığı bildirilir.

 …

Tam mətn

Mehdi Qüreyşi Qərbi Azərbaycan vilayətinə yeni nümayəndə təyin edilib

 İranın ali dini lideri ayətullah Əli Xamneyinin yeni imzaladığı  fərmana əsasən Mehdi Qüreyşi ali dini liderin Qərbi Azərbaycan vilayətində yeni nümayəndəsi təyin edilib. Eyni zamanda bu şəxs Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiya şəhərinin imamcüməsi vəzifəsini də yerinə yetirəcək. Fərmanda ayətullah Xamneyi Qərbi Azərbaycan vilayətindəki keçmiş nümayəndəsi və Urmiya şəhərinin sabiq imamcüməsi höccətülislam Həsəniyə də fəaliyyətlərinə görə təşəkkür edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Tam mətn

Qaz infrastrukturunu Azərbaycan və NATO birgə qoruyacaqlar

 Xəzər yataqları və Avropa arasında qaz kəmərinin təhlükəsizliyinin təminatı gələcəkdə NATO-Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri olacaq. Bu barədə yanvarın 15-də Brüsseldə keçirilən birgə mətbuat konfransında NATO-nun baş katibi Anders Foq Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev bildiriblər.

Qeyd etmək lazımdır ki, artıq Avropa məkanında Azərbaycan qaz kəməri infrastrukturu kimi formalaşıb, bu, Gürcüstan və Türkiyə ərazisindən keçir və ildə bu kəmərlə 5 mlrd. kubmetr qaz nəql olunur.

“Şahdəniz” yatağından ildə 30 mlrd. kubmetrədək qazın nəqli üçün  2018-ci ilədək kəmər genişləndiriləcək….

Tam mətn

Bilal Ərdoğanın nəzarətində olan TÜRGEV’ — rüşvətin toplandığı yer?

Kılıcdaroğlu bu qanun layihəsi qəbul edildiyi halda hakim və prokurorların müstəqilliyinin əllərindən alınacağını söyləyib: “Yaxasında partiya nişanı daşıyan hakim və ya prokuror olmaz, bu məhkəmə sisteminə zərbə olacaq”.    Çıxış yolu kimi qanun layihəsinin ləğv olunması, korrupsiya araşdırmalarına mane olunmayacağı barədə zəmanətin verilməsi təklif olunur. HSYK-da dəyişiklikləri nəzərdə tutan…

Tam mətn

Zəngəzur Milli Parkından xoş xəbər: yetkin erkək və dişi bəbirin birgə şəkilləri çəkilib

Y Hesab edilir ki,  son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən «Böyük beşlik» proqramı çərçivəsində görülən işlər də öz müsbət nəticəsini verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlərə (qaplanlara) daha…

Tam mətn

Ombudsman 20 Yanvarı törədənlərin cəzasız qalmasına göz yummamağa çağırır

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı….

Tam mətn

Erməni piratçılığına qarşı görülən işlərin hesabatı açıqlandı

Folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), YUNESKO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib. Erməni saxtakarlıqlarını ifşa edən «Erməni yadelli nağılları» (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilmiş, rus və ingilis dillərində yenidən nəşr edilib və…

Tam mətn