Redaksiya

Apellyasiya Məhkəməsi Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı vəsatətini təmin edib

Bununla əlaqədar Ə.İnsanov onun hüquqlarının Penitensiar Xidmət rəhbərliyi və şəxsən ədliyyə naziri Fikrət Məmmədov tərəfindən pozulmasının tanınmasını tələb edir.  Ə.İnsanov F.Məmmədovun məhkəməyə gəlməsi ilə bağlı vəsatət qaldırıb. Hakimlər məşvərətə gediblər və qərara alıblar ki, Ədliyyə Nazirlyinin nümayəndəsi olmadan işə baxmaq olmaz. Növbəti proses yanvarın 31-nə təyin edilib. Qeyd edək…

Tam mətn

Azərbaycan genişləndirilmiş “Maqnitski aktı”na düşəcəkmi?

“ABŞ harada baş verməsindən asılı olmayaraq, korrupsiyaya və insan hüquqlarının pozulmasına  qarşı mübarizədə liderliyini saxlamalıdır”, — B.Kardin bildirib. O qeyd edib ki, dünyanın hər yerində — Zimbabvedən tutmuş Ukraynayadək, Hondurasdan tutmuş Papya-Yeni Qvineyaya qədər hər yerdə insan hüquqları kobud şəkildə pozulur və bu pozuntulara yol verənlər məsuliyyətdən qaçmamalıdırlar. “Maqnitski…

Tam mətn

Milli Şura 2014-cü il üçün prioritetlərini müəyyən edib

DQMŞ ölkənin sosial həyatında baş verən prosesləri izləmək və əhalini hakimiyyətin onların həyat səviyyəsinə mənfi təsir edən addımları barədə məlumatlandırmaq niyyətindədir. DQMŞ yerli və beynəlxalq ekspertlərin, ziyalıların iştirakı ilə avtoritarizmdən demokratiyaya keçidin yollarını müzakirə etmək üçün beynəlxalq konfrans keçirəcək. DQMŞ həmçinin azad və ədalətli seçkilərin təminatına yönələn seçki strategiyasını…

Tam mətn

Azərbaycanın voleybol milliləri ilk dəfə Avropa Liqasında çıxış edəcəklər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət voleybol milliləri ilk dəfə Avropa Liqasında çıxış edəcəklər. Voleybol Federasiyası mətbuat xidmətindən  yayılan bilgiyə görə, komandalarımız mübarizəyə iyunda başlayacaqlar.

Kişilərdən ibarət yığma A qrupunda Polşa, Yunanıstan, Monteneqro və Rumıniya ilə birgə mübarizə aparacaq. Qadın millimiz də A qrupunda çıxış edəcək. Onlar bir neçə gün əvvəl Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Rəqibləri Türkiyə, Bolqarıstan və Sloveniyadır.

Tam mətn

Son 18 ildə Urmiya gölündə səviyyə 7.17 metr aşağı düşüb

Urmiya gölündə suyun səviyyəsi son 18 il ərzində 7.17 metr aşağı düşüb. Bu qorxulu rəqəmi  Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad səsləndirib. Onun sözlərinə görə, 2012-ci ildə Urmiya gölü dəniz səviyyəsindən 1270,87 metr hündürlükdə yerləşirdi: “Ancaq 2013-cü ildə bu göstərici 1270,55 metrə düşüb. Halbuki 18 il bundan əvvəl Urmiya gölü dəniz səviyyəsindən 1277,72 metr hündürlükdə yerləşirdi. Bu da Urmiya gölündə suyun səviyyəsinin son 18 il ərzində 7.17 metr azaldığını göstərir. Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə Urmiya gölündə suyun səviyyəsi 32 sm azalıb. Hövzənin orta dərinliyi maksimum 7,5 metrdir. Ancaq qeydə alınmış rəqəm 6,5 metrdir. Bu səviyyə minimum ekoloji tarazlıqla müqayisədə 5,3 metr azalıb”.

Abbasnejad deyib ki, Urmiya gölünün 85%-i şoranlaşıb: “Hazırda hövzənin yalnız 6%-də su qalıb. Bu isə 2 milyard kubmetr su deməkdir. 2012-2013-cü illərdə Urmiya gölünə hövzəyə axan çaylardan 2,1 milyard kubmetr su daxil olub. Bununla belə, Urmiya gölü ötən illə müqayisədə 600 milyon kubmetr su itirib”.

Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri vurğulayıb ki, Urmiya gölündəki böhran çox ciddidir: “Çünki gələcəkdə onun nəticələri Tehran, Zəncan, Qəzvin və digər vilayətlərin sakinlərinin vəziyyətini mürəkkəbləşdirəcək. Bu ekoloji böhrana əvvəlkindən daha çox əhəmiyyət verilməlidir. Əks təqdirdə Urmiya gölünün üzləşdiyi böhranla xərçəng və tənəffüs xəstəliklərinin artmasını gözləməliyik”.

Urmiya gölü Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edib.

 …

Tam mətn

İşsiz qaldın, Dövlət Məşğulluq Xidməti orqanlarına üz tut

Önən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına 46667 nəfər vətəndaş müraciət edib. Onlardan 29390 nəfəri münasib işlərlə təmin olunub. İl ərzində 4329 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 1480 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.  Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 4101 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib.

Ötən il ərzində işsiz statusu verilənlərin sayı 2969 nəfər, işsizlik müavinəti təyin olunanların sayı isə 3200 nəfər təşkil edib, deyəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilir

 …

Tam mətn

Fazil Muradəliyevin oğlu dələduzluq maddəsi ilə 10 il aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Tbilisi şəhər meriyasının Azərbaycanda daimi nümayəndəliyində «İberiya-press» agentliyinin sabiq icraçı direktoru Rəşad Muradəliyev və Ayaz Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Muradəliyev bir müddət axtarışda olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat tədbirləri nəticəsində Rəşad Fazil oğlu Muradəliyev 2012-ci il sentyabrın 12-də,…

Tam mətn