Redaksiya

Kafe sahibini hədələyib pul tələb edən naxçıvanlı yaxalandı

Naxçıvan şəhər sakini kafe sahibini bıçaqla hədələyərək pul tələb edib. Bakı şəhər Baş Polis İdarəsindən yayıln məlumata görə, hadisə paytaxtın Davud Aslan küçəsində yerləşən kafedə baş verib. Naxçıvan şəhər sakini Vüqar Həziyev Yusif Bağırova məxsus kafedə ona bıçaqla xəsarət yetirəcəyi ilə hədə-qorxu gələrək «cəzaçəkmə müəssisələrinə göndərmək məqsədilə» 1000 manat pul tələb…

Tam mətn

Rusiya əcnəbilərə qarşı məhdudiyyətləri açıqladı

Rusiya Federasiyasına giriş-çıxışla bağlı qanuna bir sıra dəyişikliklər edilib. RF Azərbaycan səfirliyinə istinadən, yeni qaydalara əsasən, Rusiyada qalma müddətini pozan və ya 3 ildə iki dəfədən çox inzibati məsuliyyətə cəlb olunan əcnəbi vətəndaşlara RF ərazisinə giriş 3 illik qadağan oluna bilər. Bir il ərzində ölkə ərazisində qalma müddətini…

Tam mətn

Məhəmməd Əmin Rəsulzadə — 130 yubiley tədbirlərinin planı açıqlandı

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi haqqında prezident  sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, MEA, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. Planda görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, «M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu» mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin…

Tam mətn

Gürcü kino və teatr ulduzları Bakıda “Vera məhəlləsinin musiqiləri” müziklini təqdim ediblər

Dünən Heydər Əliyev Mərkəzində gürcü kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müzikli Azərbaycan tamaşaçılarına təqdim olunub. Müzikldə  məşhur kino aktyoru və mhnı ifaçısı  Vaxtanq Kikabidze, tanınmış sənət adamlarından Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, eləcə də Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera…

Tam mətn

Bakı və ətrafına dair 3 illik Dövlət Proqramı nələr vəd edir?

Prezident İlham Əliyev “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki,  ölkədə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunmasıdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun…

Tam mətn

“Axsaq Nazim” ləqəbli killerin cinayət işi üzrə istintaq başa çatıb

 Rusiyada çoxlu sayda qətldə şübhəli bilinərək həbs edilən azərbaycanlı killerin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  Rusiya İstintaq Komitəsinin Moskva Vilayəti üzrə İdarəsi “Axsaq Nazim” ləqəbli Azərbaycan vətəndaşı Nazim Hümbətovun cinayət işinin istintaqını yekunlaşdırıb. Nazim Hüseynova RF CM 105.2-ci (Qəsdən iki və ya daha çox şəxsi öldürmə), 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq materiallarında  bildirilir ki, 24 sentyabr 2003-cü ildə N. Hümbətov Ceyhun Xəlilov adlı tanışı və daha iki silahlı şəxslə birlikdə Odintsovo rayonunun Qryaz kəndində yerləşən avtoservisin ərazisində İlham Hüseynov adlı birisi ilə “razborka”ya gedib. “Razborka” zamanı tərəflər arasında razılıq əldə olunmayıb. Bu zaman Ceyhun Xəlilov üzərində gəzdirdiyi “TT” markalı tapança ilə İlham Hüseynova atəş açıb. Hümbətovla birlikdə gələn silahlı şəxslər də İlham Hüseynovu müşahidə edən üç azərbaycanlıya atəş açmağa başlayıblar. Nəticədə İ. Hüseynov və onun Mamed adlı tanışı ölüb. İki nəfər isə ağır yaralanıb.

Hadisədən 5 il keçdikdən sonra 2008-ci ildə Moskva vilayətinin müstəntiqləri bu cinayət hadisəsinin üstünü açaraq Nazim Hümbətov barəsində axtarış elan ediblər. Lakin Hümbətovu yaxalamaq yalnız 2012-ci ilin payızında mümkün olub. Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin Federal Təhlükəsizlik Xidməti ilə birlikdə keçirdiyi əməliyyat zamanı N. Hümbətov yaxalanıb. Onun məxfi həyat tərzi keçirdiyi və daim yaşadığı ünvanları dəyişərək saxta pasportlardan istifadə etdiyi məlum olub.

İstintaq materiallarında N. Hümbətovun cinayət əməllərini birgə törətdiyi tanışı Ceyhun Xəlilovun öldüyü bildirilir. Bu səbəbdən ona qarşı heç bir ittiham irəli sürülməyib. “Axsaq Nazim”in 90-cı ilin əvvəllərində Azərbaycandan Moskvaya gəldiyi xəbər verilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, azərbaycanlılar Hümbətovdan muzdlu qatil kimi istifadə etməyə başlayıblar. “Axsaq Nazim”in o dövrün bir çox sifarişli qətllərində adı keçsə də, dəlil yetərsizliyi ucbatından onu istintaqa cəlb etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə Nazim Hümbətovun kriminal karyerasındakı sıçrayışın tanınmış kriminal avtoritet Rövşən Lənkəranski ilə (Rövşən Canıyev) tanışlığından sonra baş verdiyini bildirib. Onun R. Lənkəranskinin ştatlı killeri olduğu bildirilir. Moskvanın meyvə və tərəvəzin  topdansatış bazarına nəzarət üstündə Lənkəranskinin “Axsaq Nazim”in əli ilə onlarla şəxsi aradan götürdüyü iddia olunur. Lakin hələlik istintaq orqanları N. Hümbətova qarşı yalnız Odintsovo rayonunda dörd nəfərin güllələnməsi ilə bağlı ittiham irəli sürüblər. 

Tam mətn

Müdafiə Nazirliyi KİV-i hərbi sirləri açıqlamamağa çağırıb

Müdafiə Nazirliyi KİV-ə, ictimaiyyətə və sosial şəbəkələrə müraciət edərək hərbi sirləri yaymamağa çağırıb. Nazirliyin Turan-a daxil olan müraciətində deyilir ki, ordu və hərbi mövzuda bir çox məlumatlarda hərbi sirlər açılır, hərbi hissələrin dislokasiyası göstərilir, komandirlərin adları açıqlanır, kadr dəyişikikləri haqda və s. bilgilər yayılır.

Bundan əlavə, ötən ilin oktyabrında Facebook-da “General Zakir Həsənov” səhifəsi açılıb. Halbuki, bunun müdafiə nazirinə heç bir aidiyyatı yoxdur. Müdafiə Nazirliyinin çoxsaylı müraciətlərinə baxmayaraq, KİB hərbi sirlərin açıqlanmaması barədə çağırışlara məhəl qoymur ki, bu da zəruri məlumatların sərbəst şəkildə əldə edilməsi üçün düşmən kəşfiyyatına şərait yaradır.

“Müdafiə Nazirliyi bir daha KİV-i və digər sosial şəbəkələrin istifadəçilərini qoşun hissələrinin nömrəsini,  onların dislokasiyasi, təyinatı barədə məlumatları açıqlamamağa çağırır. Zabitlərin adlarının, onların vəzifələrinin, rütbələrinin açıqlanması yolverilməzdir”, -müraciətdə dyilir….

Tam mətn