Redaksiya

İsmayıllı hadisələri üzrə 21 şahid dindirilib

2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində «Çıraq» hotelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov sərxoş vəziyyətdə özgənin əmlakına ziyan vurub və qərəzli xuliqanlıq hərəkətləri edib. Hadisə yerinə toplaşmış bir qrup şəxs onların hərəkətlərinə dözməyərək  «Çıraq» hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra…

Tam mətn

QHT-lər Prezident Administrasiyasından cavab gözləyirlər

“Vətəndaş Cəmiyyətinin çoxsaylı təmsilçisi həm kollektiv şəkildə, həm də fərdi olaraq 2013-cü il dekabrın 30-dan başlayaraq məktub və müraciətlərini ölkə prezidentinə və Prezident Administrasiyasına göndərir. Amma indiyədək nə cavab verilib, nə də dialoq və ya debat yoxdur”, — Q.İbadoğlu qeyd edib. Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin…

Tam mətn

AŞPA məruzəçiləri vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüblər

Görüşdə  hüquq- müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənanyarlı, Rəsul Cəfərov, Samir Kazımlı və digərləri iştirak ediblər. Bundan əlavə, P. Aqramunt və J. D. Qrex Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşləri olacaq. Səfərin sonunda — yanvarın 23-də həmməruzəçilər Avropa Şurasının…

Tam mətn

Ömürlük həbs alan İlker Başbuğun azad olunacağı gözlənilir

İki ildir Silivri həbsxanasında saxlanılan İ.Başbuğun vəkili İlkay Sezer keçən il dekabrın 31-də İstanbul 13 saylı Ağır Cəza Məhkəməsinə azad olunmağa əsas verən sübutlar təqdim edib. Amma adı çəkilən məhkəmə artiq ömürlük cəza qərarı qüvvəyə mindiyi üçün vəkilin azad etmək tələbinə “bu mövzuda qərar verə bilmərik, yenidən qərar verməyə…

Tam mətn

Fətullah Gülən: “Camaat CHP-yə dəstək olacaq”

Hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din adamı Fətullah Gülən hakim AKP-nin demokratiyanın əleyhinə dönməsindən narahatlığını ifadə edib. Wall Street Journal qəzetinə açıqlama verən Gülən 17 dekabrdan bu yana Türkiyə iqtidarı ilə arasındakı fikir ayrılıqlarından danışıb. O, rəsmi Ankaranı istər ideoloji, istər ölkədə rəğbət yaratmaq, istərsə də dünya görüşü ilə bağlı edilən tövsiyələrə fikir verməməkdə ittiham edib. Gülən AKP-yə alternativin olmasına müsbət baxmasına işarə edərək CHP-yə dəstək verə biləcəklərini bəyan edib. “Zaman gələndə “camaat” üzvləri də digər vətəndaşlar kimi seçimlərini dəyərlərə əsasən həyata keçirəcək”, — o bildirib.

“Ölkəni idarə edənlərə qarşı heç bir zaman gizli bir planın bir parçası olmadıq, hakimiyyətə paralel sistem iddialarını rədd edirik, camaatın dəyər və baxışı dəyişməyib, dəyişən AKP-dir”- o, hakim partiyanı ittiham edib (Turan).

 

 …

Tam mətn

85 zəngin bərabərdir 3 milyard 500 milyon kasıba

Oxfam-ın araşdırmalarına görə, dünyanın 85 nəfər zəngin şəxsinin sərvəti  3.5 milyard nəfər ən yoxsul insanın varidatına bərabərdir.  Dünya əhalisinin sayının 7 milyard nəfər olması nəzərə alınsa bu 85 şəxsin varidatı dünya əhalisinin yarısının varidatına bərabərdir. Dünyadakı 1426 milyarderin üst-üstə varidatları 5.4 trilyon dollardır.

Hesabata görə, dünya əhalisinin ən zəngin olan 1%-nin əlində 110 trilyon dollar cəmləşir. Bu məbləğ dünyanın yarısını təşkil edən insanların əlindəki varidatın 65 qatı qədərdir. “İnsanlar irəliyə doğru birlikdə hərəkət etmək əvəzinə iqtisadi və siyasi güc baxımından get-gedə daha çox fəqrlənirlər. Bu xalq təbəqələri arasında gərginliyi artırmaqla yanaşı həm də çökmə riskini də yüksəldir”, — hesabatda qeyd olunur (Turan). 

 

 …

Tam mətn

Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu istifdəqə verildi

Bu gün Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub.  Törəndə nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC sədri Cavid Qurbanov, Qazax və Ağstafa rayon İcra Hakimiyyəti rəhbərləri və ictimaiyyət  iştirak ediblər. Yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir: “2011-ci ildən yolun əsaslı təmirinə başlanılıb. Yol 3-cü texniki…

Tam mətn