Redaksiya

Lavrov Ermənistanın Moskva səfirliyindəki «DQR nümayəndəliyin»ndən «xəbərsiz»…

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ümidvericidir. Lakin hər şey münaqişə tərəflərindən asılıdır.  Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında  bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: “Həmsədrlərin müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik”.

Nazir qeyd edib ki, danışıqlarda tərəqqi hər şeydən əvvəl tərəflərin özlərindən asılıdır.

Sergey Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsinə münasibət bildirib və bunun qanuni olub-olmaması barədə sualı cavablandırıb. Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsindən «xəbərsiz» olduğunu bildirib.

Bununla belə, XİN başçısı Vyana Konvensiyasına riayət etməyin vacib olduğunu vurğulayıb: “Mütəmadi olaraq belə fikirlər səslənir ki, Vyana Konvensiyasına zidd olaraq, səfirliklərin ərazisi az qala restoranlara da icarəyə verilir. Hesab edirəm ki, Vyana Konvensiyasına riayət olunmalıdır”.

Tam mətn

Bakı dünyanın boks mərkəzlərindən birinə çevrilir

İclasda öncə toplantının gündəliyi barədə məlumat verilib. Bildirilib ki, burada 7 komissiya ayrı-ayrılıqda bir araya gəlib müəyyən fikir mübadiləsi aparacaqlar. Ardınca isə həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq. AİBA prezidentinin sözlərinə görə, əsas hədəf boks idman növünü daha da populyarlaşdırmaq, kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır. Ardınca 2016-cı…

Tam mətn

Əli Xeyrcunun 5 illik həbs cəzası 6 aya endirilib

Tanınmış azərbaycanlı fəal barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ağır həbs yüngülləşdirilib.  Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsinin birinci şöbəsi Əli Xeyrcunun 5 illik həbs cəzasını 6 aya endirib və azərbaycanlı fəala qarşı irəli sürülmüş bəzi ittihamları dəlil yetərsizliyi səbəbindən ləğv edib.Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi Əli Xeyrcu barəsində ağır cəza çıxarıb və…

Tam mətn

Ekoloji xəbərdarlıq: Yaşamaq istəyən Tehranı tərk etsin!

İran KİV-nin məlumatına görə, İranın paytaxtı Tehran şəhərinin Hava Keyfiyyətinə Nəzarət Şirkətinin statistikasına əsasən, son 25 gün ərzində Tehranda cəmi 2 saat təmiz hava olub, qalan vaxtlarda havanın çirklilik dərəcəsi kritik həddə çatıb. Tehran şəhərində, Rey və Şimiranatda havanın həddən artıq çirkli olması ilə əlaqədar müxtəlif vaxtlarda bütün idarə,…

Tam mətn

Vətəndaşlara pulsuz hüquqi yardım göstərən dövlət qurumunun yaradılması planlaşdırılır

Millət vəkilinin sözlərinə görə, bütün bu illər ərzində müsbət statistika ondan ibarətdir ki, cinayətkarlıqla bağlı dinamika sabit oldu, yəni, ölkədə cinayətkarlıq artmadı: «Bu baxımdan, cinayət işləri üzrə hüquqi məsələ elə də aktual deyil və bu sahədə peşəkarlar kifayət qədərdir. Amma daha sivil hüquqla bağlı münasibətləri tənzimləyən peşəkar yardım sahəsində…

Tam mətn

Nikah müqavilələrinin bağlanmaması ciddi mülkiyyət mübahisələrinə səbəb olur

Deputatın sözlərinə görə, qanunvericilikdə də var ki, vətəndaşlar ailə qurarkən onlara nikah müqaviləsi bağlamaq təklif olunur: «Mənə belə gəlir ki, həmin anda hüquqdan çox ənənələr üstünlük təşkil edir. Hamı xoşbəxtlik arzu edir, hamı ailə qurarkən gələcəkdə narahat edəcək amillər barədə düşünmür. Bu, emosiyalar əsasında baş verir, lakin sonra mübahisə…

Tam mətn

QMİ dini təriqətlərə xəbərdarlıq edib: fətva işi sizlik deyil!

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müxtəlif dini məzmunda fətva xarakterli bəyanatlarla çıxış edən dini təriqətlərə xəbərdarlıq edib. QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında həmin dini icmalara, təriqətlərə xitabən bildirib ki, nəinki Azərbaycanda, hətta bütün Qafqaz müsəlmanları arasında fətva vermək səlahiyyəti yalnız QMİ-yə məxsusdur.

O qeyd edib ki, bütün Qafqazda QMİ-dən başqa heç kimin, heç bir qurumun fətva vermək səlahiyyəti yoxdur: “Bunu edənlər ciddi səhvə yol verirlər. QMİ heç vaxt hansısa döyüşlə bağlı fətva vermir. Şəriət işlərinə ancaq bizim idarə baxır və onun fətva şöbəsi qərar verir”.

QMİ rəsmisi həmin dini təriqətlərə ciddi xəbərdarlıq da edib: “Onlara buradan bildirmək istəyirəm ki, özbaşına iş görməsinlər və hüquqları olmayan, özlərinə aid olmayan işlərə qarışmasınlar. Əks halda, bu hərəkətləri onlar üçün yaxşı nəticə verməyəcək”.

Tam mətn