Redaksiya

Ermənistanda işsizliyin səviyyəsi 18,64 faizdir

Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də birinci yeri tutur. Bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının «İşsizliyin qlobal tendensiyaları -2014» məruzəsində deyilir. Trend-in məlumatına görə, xəbəri «Mediamaks» çərşənbə günü yayıb.

Məruzəyə görə, 2013-cü ildə Ermənistanda işsizliyin səviyyəsi 18,64 faiz təşkil edib. 2012-ci ildə o, 17,3 faiz olub. Məruzədə deyilir: «Bütövlükdə, Mərkəzi və Cənub-Şərqi Avropada işsizliyin səviyyəsi Ermənistanın təkbaşına lider olduğu MDB-də olduğundan yüksəkdir».

İşsizliyin səviyyəsinə görə Ermənistan Gürcüstann (14,32 faiz), Özbəkistan (10,76 faiz), Tacikistan (10,76 faiz), Türkmənistan (10,69 faiz) və Qırğızıstandan (7,9 faiz) geri qalır. Məruzədəki məlumata görə, Azərbaycanda işsizliyin səviyyəsi 5,54 faizdir.

Tam mətn

Tofiq Yaqublunun həyat yoldaşı dumanlı yolda avtomobil qəzasına düşüb

Dünən axşam saatlarında Müsavat Partiyası sədrinin həbsdə olan müavini Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu, qızı Nərgiz Yaqublu və vəkil Xalid Bağırovun olduğu avtomobil Şəkidən gələrkən dumanlı havada qəzaya uğrayıb. Nəticədə M. Yaqublunun onurğa sümüyü sınıb, toxumaları əzilib, sürücü, Müsavat Partiyasının fəalı Çingiz Əli isə beyin əzilməsindən sonra komaya düşüb.

Maya Yaqublu və Çingiz Əli hazırda Neyrocərrahiyyə xəstəxanasındadır.

Həkim Fərid Qaralov Turan-a bildirib ki, Çingiz Əlinin vəziyyəti ağırdır, o komadadır. Maya Yaqublunun isə həyatı üçün təhlükə yoxdur. Hazırda o, cərrahiyə əməliyyatına hazırlanır….

Tam mətn

İsmayıllı hadisələri üzrə prosesdə müttəhimlərin təqsiri sübut olunmur

Məhkəmə iclası zamanı 19 şahid və 2 zərərçəkən dindirilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov Turan-a bildirib ki, dindirilənlərin heç biri müttəhimlərin əleyhinə ifadə verməyib. İki nəfər zərərçəkən “Çıraq” otelində qalan şəxslər olub. Bakı sakinləri olan bu adamlar otel yanarkən gecələyə bilmədiklərinə görə zərərçəkən kimi tanınıblar. Onların hər birinə dəyən zərər…

Tam mətn

Kafe sahibindən rüşvət istəyən «satirik» hakim qarşısına çıxarılıb

Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı yanvarın 29-na təyin edilib.

Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub.  Mirzəli 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün  bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

«Satirik» Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur. 

 

 …

Tam mətn

Davos 2014-cü ildə dünya iqtisadiyyatında artım olacağını bildirir

Beynəlxalq Valyuta Fondu forum öncəsi 2014-cü ildə dünyanın iqtisadi artım proqnozunu onda bir faiz bəndi artıraraq 3,7%-ə çatdırıb. Forumun banisi Klaus Şvab (Klaus Schwab) hesab edir ki, panel diskussiyaların gedişində maliyyə böhranını aradan qaldırmaq üçün yeni impulslar hazırlamaq mümkün olacaq: dünya iqtisadiyyatında artım hələ çox zəifdir. «Bizə yeni start…

Tam mətn

Ərdoğanın kabinetindən gizli dinləmə aparatı tapılıb

Türkiyədə korrupsiya qalmaqalı üzrə işin istintaqı zamanı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi müəyyən edilib. Bir il əvvəl İstanbul polisinə ciddi korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib. Baş nazirin telefonunun qanunsuz…

Tam mətn

UMA bütün siyasətçiləri konstruktiv dialoqa və barışığa çağırır

Assambleyanın rəhbəri Rövşən Tağıyevin müraciətində deyilir: «İctimai-siyasi sabitliyin olmaması və bunun nəticəsi kimi yaranmış iqtisadi vəziyyət yerli hakimiyyət orqanlarının, müəssisələrin, təşkilatların işinə və bütovlükdə ölkəyə mənfi təsir edilə bilər. Bütün bunlar dövlətin həyat fəaliyyətini təhlükə altında qoyur. Ukraynada yaşayan bütün etnosların nümayəndələrini birləşdirən ümumukrayna ictimai təşkilatı kimi biz, həmçinin…

Tam mətn