Redaksiya

Oğuzda mal-qara oğruluğu ilə məşğul olanların yaxası ələ keçib

Oğuzda mal-qara oğruluğu ilə məşğul olan Yevlax rayon sakinlərindən ibarət qrup zərərsizləşdirilib.  Oğuz rayon Padar kənd sakini natiq Qasımov yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 1 baş iribuynuzlu malın oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Axtarış-əməliyyat tədbirləri nəticəsində Natiq Qasımova məxsus 1 baş iribuynuzlu malın Yevlax rayonu Ərəş kənd sakinləri, 34 yaşlı Ramiz Şərifov, 27 yaşlı əvvəllər məhkum olunmuş Rasim Şərifov və ömrünün 14 ilini məhkumluq həyatı yaşayan  Cabir Adıgözəlov tərəfindən oğurlanması məlum olub. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq Oğuz RPŞ-ə gətirilib. Onların ətrafında aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər əvvəlcədən əlbir olaraq 22 dekabr 2013-cü il gecə saat 03 radələrində Ağdaş rayon Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş və Oğuz rayon Ərimənət kənd sakini Eyvaz Hüseynova məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlayıblar.

Oğuz rayon PŞ-dən APA-ya o, da bildirilib ki, oğruluqla məşğul olan dəstənin iki üzvü Ramiz və Rasim qardaşdırlar. Faktla bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

 …

Tam mətn

Vəkil Qabriel Lanski azərbaycanlı məcburi köçkünlərə uğur vəd edir

Vəkil Qabriel Lanski azərbaycanlı məcburi köçkünlərə uğur vəd edir. O deyir ki,  “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər”.

«Bugünkü proseslə əlaqədar fikirlərim kifayət qədər optimistdir. Qərarın verilməsi 6 ay çəkə bilər. Qərarın nədən ibarət olacağını təbii ki, yalnız qərar çıxdıqdan sonra biləcəyik, ancaq mən çox optimistəm. Bu prosesdə uğur qazanacağıq”.

APA xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının «Çıraqov və başqaları Ermənistana qarşı» iş üzrə keçirdiyi prosesdən sonra Azərbaycan tərəfinin vəkili Qabriel Lanski jurnalistlərə açıqlamasında deyib.

Vəkil bildirib ki, iddia tərəfinin əsas strategiyası Strasburq məhkəməsinin son müsbət qərar verməsinə nail olmaqdır: “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat da bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Bu baxımdan, mən tam əminəm ki, bu proses Ermənistana qarşı aparılmalıdır. Erməni tərəfinin azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə instansiyalarına şikayət verməli olduqları haqda dedikləri tam əsasızdır. Tam əminəm ki, azərbaycanlılar bu gün nə işğal olunmuş Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına ehtiyac var.

Hesab edirəm ki, erməni tərəfinin apardığı bu oyun məhkəmə hakimləri tərəfindən qəbul edilməyəcək. Məhkəmənin əlində olan materiallar bizim bu işdə uğur qazanacağımızı tam əminliklə söyləməyə əsas verir. Bu işin 2011-ci ildə məhkəmə tərəfindən icraata götürülməsi haqda qərarı bizim uğur qazanmamız istiqamətində ilk addım idi”. 

 …

Tam mətn

Geologiya İnstitutu Yevlax və Mingəçevir rayonlarında neft axtarır

Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır. İşlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir. Şöbənin rəhbəri, MEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirir ki, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır….

Tam mətn

Bədii gimnastika üzrə Avropa çempionatının loqotipi təqdim olundu

Qeyd olunur ki, dənizin rəngi Xəzər dənizinin sahilində Bakının coğrafi mövqeyinə görə markanın rəngi kimi seçilib. Avropa çempionatı hazırda tikinti işlərinin tamamlanma mərhələsində olduğu Milli Gimnastika Arenasında keçiriləcək. İştirakçı ölkələrin gözlənildiyi kimi 30-dan çox olacaq nümayəndə heyəti 2015-ci il I Avropa Oyunları üçün yarışların keçiriləcəyi yerin qarşısında tikilmiş Olimpiya…

Tam mətn

Kiyevdə olayların son saatı: baş nazir nümayişçiləri terrorçu adlandırıb

Kiyevdə “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunlar nümayişçiləri Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevsk küçəsindən uzaqlaşdırıb. G Bu arada  Ukraynanın baş naziri Nikolay Azarov Kiyevin mərkəzində baş verən kütləvi qarışıqlığın iştirakçılarını terrorçu adlandırıb.  Xəbərlərə görə, müxalifət əhalini bu gün yerli vaxtla saat 18.00-da Kiyevin Müstəqillik Meydanına – xalq yığıncağına (narodnoye veçe)…

Tam mətn

Kiyev: Səfirlik Azərbaycan vətəndaşlarına qarşıdurma ərazilərindən aralı durmağı tövsiyə edib

Kiyevdə qarşıdurmalar zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Azərbaycanın Ukrayna səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov APA -ya açıqlamasında bildirib ki, bu cür hallar aşkarlanmayıb: “İşdir, əgər Azərbaycan vətəndaşı yaralansa, ya da xəsarət alsaydı, Ukrayna tərəfi bu barədə səfirliyə məlumat verərdi. Bu vaxtadək bu cür məlumat və müraciətlər daxil olmayıb”.

Səfirliyin Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizliklə bağlı tövsiyə verib-verməməsinə gəldikdə isə A. Osmanov qeyd edib ki, Ukraynanın bölgələrindən Kiyevə gələn və konsul qeydiyyatına durmaq üçün müraciət edən bütün Azərbaycan vətəndaşlarına təhlükəsizlik məqsədilə toqquşmaların baş verdiyi yerlərə getməmək məsləhət görülür.

Bu arada Kiyevdə qarşıdurmalar davam edir. Yanvarın 19-da Kiyevin mərkəzində müxalifətin növbəti ümumxalq toplantısı keçirilib. Sonradan bu toplantı radikal müxalifətçilərin polislə qarşıdurmaya səbəb olub. Etirazçılar xüsusi təyinatlılara tərəf “Molotov kokteyli” ilə dolu şüşə qabları atıblar. Ukrayna DİN-in məlumatına görə, yanvarın 22-də səhər “Berkut” xüsusi təyinatlıları etirazçılara qarşı əməliyyata başlayıb. Buna səbəb polis əməkdaşlarına kimyəvi maddələrdən istifadə edilməklə planlaşdırılan hücumlar haqqında yayılmış məlumatlar olub.

Tam mətn

Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə proses davam edir

Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə proses davam edir və son iclasda hər iki tərəfin vəkilləri çıxış edib. Ermənistanın işğalçı olması, separatçı “Dağlıq Qarabağ” rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının iclasında azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən…

Tam mətn