Redaksiya

Təmizləyici qurğuları olmayan müəssisələr bağlanacaq

Nazirlik mətbuat xidmətindən bildirilir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə daha da ciddi tədbirlərin görülməsi, havanı çirkləndirən amillərin bir daha təftiş edilməsi və bu amillərə qarşı kəskin mübarizə aparılması, yüksək avro standartına keçidin sürətləndirilməsi, müəssisələrdə ekoloji tədbirlərin görülməsi, ekoloji standartlara və…

Tam mətn

Polis bölməsində özünü bıçaqlayan şəxsin psixikası yerində deyilmiş

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi polis bölməsində özünü bıçaqlayan şəxslə bağlı rəsmi məlumat yayıblar. Deyilir ki, yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə Aslanovun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirib.

Bundan sonra yanvarın 18-də Aslanov dostları ilə «Ləziz» kafesində olarkən Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib. Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə Rəsulov 8-ci polis bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib. Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.

Hazırda faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır….

Tam mətn

İran parlamenti Urmiya gölünə Xəzərdən su axıdılması planına razılıq verib

Urmiyada 32 milyard kubmetr su olmalıdır, lakin hazırda gölün suyu yarıyadək azalıb. Çitçiyan deyib ki, artıq Xəzər dənizindən suyun ötürülməsini nəzərdə tutan layihənin icrası üçün büdcədən maliyyə vəsaiti də ayrılıb. O əlavə edib ki, Urmiya gölünün probleminin həlli məqsədilə Urmiya Gölünün Nicatı Komitəsi yaradılıb və Prezidentin birinci müavini İshaq…

Tam mətn

Polisə gətirilən qadın dəhşətli cinayətin üstünü açıb

Araşdırma zamanı Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf edib. Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib. Ucar RPŞ-də Məmmədovanın tanışı Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi…

Tam mətn

Foto-studiyada caxta əskinaslar kəsirmişlər

Şirəliyevin idarə etdiyi Kia-Rio markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Şirvan şəhərinin ərazisində Şirəliyevin icarəyə götürdüyü Foto Uğur studiyasına baxış zamanı isə saxta əskinasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı DVR sistem bloku aşkar edilərək götürülüb. Cinayət işinin başlandığı…

Tam mətn

Evində əxlaqsızlıq yuvası təşkil edən bağça müdirinin «biznesi» çökdürülüb

Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər şəhər sakini İzahət Bəhram qızı Axundova  (1958) saxlanılıb. Bəlli olub ki, bu «pedaqoq» Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib. Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb.

Tərtər rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib. Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov və Tofiq Həsənovdan 250 manat pul alıb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir. Faktla bağlı cinayət işinin açıldığı, araşdırma aparıldığı bildirilir.

Tam mətn

Gənclərə tövsiyə: bax, qız qaçırmaq adəti — adam oğurluğudur

Millət vəkilinin sözlərinə görə, bu məsələnin üzərində işləmək lazımdır ki, insanlar məlumatlı olsunlar: «Yəqin ki, bu, hüquqi maarifləndirmə ilə bağlı problemdir və bunu həll edə də bilmirik. Müasir dövrdə yəqin ki, maarifləndirmənin üsulları başqa cür olmalıdır. Burada bizim bildiyimiz ənənəvi maarifləndirmə üsulları yetərli deyil. Bu gün hamı — ictimaiyyət,…

Tam mətn