Redaksiya

Ali Hərbi Məktəbinin daha bir yüksək rütbəli zabiti rüşvət üstündə tutuldu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib. Bu barədə  Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O da CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Yusifov əvvəllər MN 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Yusifov vəzifədən uzaqlaşdırılıb.

 …

Tam mətn

Güney Azərbaycanlı gənclər Suriyaya ölümə göndərilir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olan azərbaycanlı Suriyada qətlə yetirilib.  Yayılan xəbərlərə istinadən, Mahmud Beyzayi (Hüseyn Nüsrəti) Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəndir. 26 yaşlı gəncin Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, ancaq müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir.

İranın “Səhər” telekanalı Mahmud Beyzayinin Suriyada «Həzrəti Zeynəb ziyarətgahı uğrunda gedən döyüşlərdə» həlak olduğunu açıqlayıb. Onun ailəsi Təbrizdə yaşayır və 1 yaşlı qızı var.  Beyzayinin cənazəsi yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib.

Tam mətn

Tərtər istiqamətində ordu kapitanı şəhid olub

Müdafiə Nazirliyi cəbhədə zabitimizin şəhid olması faktı ilə bağlı məlumat yayıb. MN mətbuat xidmətindən bildirilir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə  Silahlı Qüvvələrin zabiti, 1978-ci il doğumlu,  Şərurdan 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Elnur Cəfər oğlu Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

Tam mətn

Azərbaycan və Türkiyə arasında aviasiyası və hava hücumundan müdafiə sistemində vahid «dost-düşmən tanıma» sistemi qurulacaq

Azərbaycan və Türkiyə arasında aviasiyası və hava hücumundan müdafiə sistemində vahid «dost-düşmən tanıma» sistemi qurula bilər. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Bu sistem hər iki ölkənin hava hücumundan müdafiə sistemini avtomatik rejimdə öz təyyarələrini və digər ölkələrə aid olan uçuş aparatlarını təyin etməyə imkan verəcək. Hazırda bu məsələ iki ölkənin müvafiq qurumları arasında müzakirə olunur.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən ilin dekabrında Türkiyəyə səfərində də bu məsələ gündəmdə olub. Dövlətlər arasında razılaşmadan sonra Azərbaycan və Türkiyənin bütün uçuş vasitələrində ASELSAN şirkətinin hazırladığı «dost-düşmən tanıma» sistemi (İFF) qurulacaq.  ASELSAN tərəfindən hazırlanmış NATO-nun STANAG 4193 səviyyəsinə uyğun gələn bu sistem İFF cavablayıcı cihazı ilə uçuş vasitələrin kimliyi, yüksəklik bilgiləri və s. barədə məlumatları hava hücumundan müdafiə sistemlərindəki İFF sorğulayıcılarına ötürür. 

 …

Tam mətn

Ankara Türkiyəyə səfəri zamanı Fransua Ollanddan Dağlıq Qarabağ probleminin həllinə dəstək istəyəcək

Türkiyəli diplomatın sözlərinə görə, Fransa liderinin Türkiyə Prezidenti və Baş naziri ilə görüşləri zamanı Dağlıq Qababağ probleminin həlli məsələsinə də toxunulacaq. «Biz sadəcə, Fransa ilə deyil, bütün dünya ölkələri ilə münasibətlərimizdə hər zaman Dağlıq Qarabağ məsələsini ən önəmli məsələ kimi qaldırırıq. Əgər bizim iki milli mübarizəmiz varsa, bunlardan biri…

Tam mətn

AŞPA həmməruzəçilərinin naxçıvanlı fəallarla görüşündə söhbət nədən gedib?

Mehdiyev  Naxçıvanda toplaşma, birləşmə, ifadə azadlığının pozulması, vətəndaşlara təzyiqlər, öz hüquqlarını tələb edənlərin ruhi xəstəxanaya göndərilməsi barədə məlumat verib.  Biznesmen Məhəmməd Qurbanov və onun kürəkəni rüşvət vermədiyinə görə gömrükdə döyülüblər.  Mehdiyev özü 2007-ci ildə NMR MTN-də döyülüb və iş üzrə şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə verilib. Mehdiyev həmməruzəçiləri və…

Tam mətn

ATAK hərbi helikopterləri Naxçıvanda sınaqdan keçiriləcək

Yaxın günlərdə Naxçıvanda Türkiyənin yeni T-129 ATAK  helikopterləri sınaqdan keçiriləcək. Belə ki, Azərbaycan onları TAİ şirkətindən almaq niyyətindədir.   Müdafiə Nazirliyindəki mənbələr bildirirlər ki, həmin helikopterlərin alınması və birgə istehsalı ilə bağlı danışıqlar bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri zamanı aparılıb.

Bəzi məlumatlara görə, Azərbaycan 60-dək ATAK helikopterləri ala bilər. Beynəlxalq təsnifata görə, bu tip helikopterlər Rusiyanın Mİ-24, Amerikanın “Kobra” helikopterlərinə uyğundur. Bunlar quru qoşunlarına dəstək, zirehli texnikanın məhv edilməsi, kəşfiyyat aparılması və s. üçün nəzərə tutulub (Turan)….

Tam mətn