Redaksiya

General İlker Başbuğ Konstitusiya Məhkəməsində mühakiməyə hazırlaşır

“Konstitusiya Məhkəməsinə müraciət edəcəyəm, indiyə qədər etməmişdim, düşünmürdüm, amma qərarımın doğru olduğu düşüncəsindəyəm. Yenidən mühakimə olunmaq məsələsinə “indiyə kimi niyə ağıllarına gəlmədi, işin hüquqsuz olduğunu indimi qəbul edirlər?” kimi yanaşması doğru deyil. Bunlar keçmişdə qaldı, əgər indi qəbul olunursa o zaman irəliyə baxmaq, xətaları düzəltmək, artıq Konstitusiya Məhkəməsində mühakimə…

Tam mətn

Düşmənin kəşfiyyat-diversiya qrupunu geri oturdulub

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra onlar geri çəkilməyə məcbur edilib. Mətbuat xidməti bildirir ki, Azərbaycan ordusunun ön xəttdə yerləşən bölmələrinin apardığı müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni…

Tam mətn

Bertelsmann Fondu ölkəmizə pis yer verib

İrandan başqa (115-ci yer) yaxın qonşularda vəziyyət nisbətən yaxşı olub: Türkiyə (20), Gürcüstan (48), Ermənistan (66), Rusiya (77).  Bertelsman Fondunun tədqiqatçıları reytinqi tərtib edərkən ölkələri 17 meyar üzrə qiymətləndirir. Bu meyarlara vətəndaşların siyasi həyatda iştirakı, hüquqi sistemin keyfiyyəti, demokratik institutların sabitliyi, sosial-iqtisadi inkişaf və rəqabətin inkişafı da daxildir.  Tədqiqatçılar…

Tam mətn

Bu iqtidarı düşdüyü bataqlıqdan buldozerlər də çıxara bilməz

“Oğru olaraq cinayət üstündə yaxalanmış bir iqtidarsınız, oğru olmağınızı ört-basdır etmək üçün nə edirsiniz, hakimləri öz statusunuz çərçivəsinə salmaq istəyirsiz. 12 illik iqtidarınız korrupsiyadan qaynaqlanan lağımlardan təşəkkül tapan bataqlıqlarla doludur. O bataqlığın içinə bir çox rəhbəriniz girib və orada da batıb. Qanunları dəyişdirməklə bu bataqlıqdan çıxmaq istəyirsiniz. Halbuki buldozerlər…

Tam mətn

Vladimir Putin miqrantlara qara gün vəd edən qanunu imzaladı

Prezident Vladimir Putin ölkədə miqrantların fəaliyyətini çətinləşdirən qanunu imzalayıb. Putin Rusiya ilə vizasız rejimə malik olan ölkələrin vətəndaşlarına şamil olunan qanun layihəsinə imza atıb və sənəd qüvvəyə minib. Qanun layihəsinin əsas məqsədi Rusiyada qeyri-leqal əmək miqrantları ilə mübarizə aparmaqdır.

Qanuna əsasən Rusiya ilə vizasız rejimə malik ölkələrin vətəndaşları 180 gün ərzində Rusiya ərazisində yalnız 90 gün qala bilərlər. Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur.

Bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.

Miqrantların Rusiyada fəaliyyətini çətinləşdirəcək qanun Azərbaycandan olan miqrantlara da şamil olunacaq. Çünki Azərbaycan da digər MDB ölkələri kimi Rusiya ilə vizasız rejimə malikdir.

Tam mətn

Nidaçıların məhkəməsi təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nida Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, şahidlər prosesə gəlmədiyi fasilə verilir. Fasilədən sonra hakim bildirib ki, MTN zabitləri şahid qismində məhkəməyə çağırılsalar da, işləri ilə əlaqədar prosesə gələ bilmirlər. Bunun üçün iclas sabaha kimi təxirə salınıb.

Nidanın 7 üzvü həbs edilib. MTN və Baş Prokurorluq əməkdaşlarının birgə  axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində CM 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və Nida üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı CM 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub (APA).

 …

Tam mətn

4 illik sevgilisini öldürən qadına 11 il oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Mədinə Mürsəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Çıxarılan hökmə əsasən, Mürsəliyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

İki uşaq anası olan Mədinə Mürsəliyeva qonşusu, subay olan 28 yaşlı Elçin Allahverdiyev ilə yaxın münasibətdə olub. Qonşuların sevgisi 4 il davam edib.  Lakin Allahverdiyevin evlənməsi Mürsəliyevanın narazılığına səbəb olub. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mədinə Elçini bıçaqlayaraq öldürüb.

Tam mətn