Ermənistan prezidenti Güney Koreyada cavanlaşma kursu keçib
Ermənistan prezidenti Serj Sarkisyan Güney Koreyanın başkəndi Seuldakı «Chaum» tibb mərkəzində cavanlaşma kursu keçib. Bu barədə Koreyanın «Chosun» İnternet qəzetinə istinadən məlumat yayılıb. S.Sarkisyan yanvarın 9-da Seulun Qanqam rayonunda yerləşən «Chaum» tibb mərkəzinin klinikasına daxil olub. Onu klinikaya gələrkən polis konvoyu müşayiət edib.
Sarkisyan tibb mərkəzində olduğu həftə ərzində (yanvarın 17-dək) müddətdə hər gün hüceyrə köklərinin müalicəsi, spa və yaşlanmaya qarşı terapiya, bədənin cilalanması, masaj və çəki nəzarət proqramları üzrə müalicə alıb. Ümumilikdə Ermənistan prezidenti müalicəyə 200 milyon Koreya vonu (təqribən 185 min ABŞ dolları) ödəyib.…