Redaksiya

Kiyevin mərkəzində gecədən bəri toqquşmalar səngimir, ölüm və bıçaqlaşma halları var

Kiyevin mərkəzində gecədən bəri toqquşmaların səngimədiyi xəbərləri gəlir.  Qruşevski küçəsində yenidən toqquşmalar başladığı bildirilir.  “Berkut” xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları radikal müxalifətçilər tərəfə bir neçə işıq-səs qumbarası atıblar. Etirazçılar cavab olaraq hüquq-mühafizə orqanların əməkdaşlarına daş, yandırıcı maddələrlə doldurulmuş şüşələri atıblar. Gecə saatlarında milis “Dinamo” stadionunun qarşısındakı ərazini iki böyük projektor…

Tam mətn

ABŞ Qarabağda ststus-kvonu dolayı ifadə ilə yenə dəstəklədi

ABŞ Dövlət Departamenti bir daha təkrarlayıb ki, «Amerikanın mövqeyi dəyişməz qalır: güc tətbiqi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil”. Bu sözləri ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib. Bu tanış ifadənin arxasında hansı siyasi hədəfin gizləndiyini Azərbaycanda və Ermənistanda yaxşı anlayırlar.  Bununla da ABŞ Qarabağda…

Tam mətn

Ermənilər Madriddə sərgi təşkilatçılarını aldadıblar

Biz əvvəlcədən “Fitur” sərgisinin təşkilatçılarına müraciət etmişdik, onlar bildirmişdilər ki, Dağlıq Qarabağın ayrıca stendi olmayacaq.Bu barədə erməni tərəfinin müraciət olub, amma təşkilatçılar bundan imtina ediblər. Lakin Ermənistan nümayəndələri özləri üçün stend alıblar və təşkilatçılara xəbər vermədən həmin stendin bir hissəsini Qarabağ adı ilə təqdim ediblər”.  Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın İspaniya səfirliyinin 1-ci katibi Cavid Kazımov deyib.

Madriddə keçirilən turizm sərgisində Dağlıq Qarabağ stendinin nümayiş etdirilməsi haqda danışan diplomat bildirib ki, səfirlik hazırda həmin bölmənin yığışdırılmasına çalışır: “Dünən həm “Fitur”un direktoru, həm də sərgilərin təşkili ilə məşğul olan İFEMA şirkətinin prezidenti ilə görüş keçirdik, öz etirazlarımızı çatdırdıq. Onlar ermənilər tərəfindən aldadıldıqlarını və bunu aradan qaldırmaq üçün hüquqi yollar axtardıqlarını söylədilər. Bildirdilər ki, bundan sonra ermənilərlə müqavilə imzalanarkən sənədə müvafiq bir bənd oluna bilər ki, gələcəkdə bu cür hallar baş verməsin”.

Kazımov əlavə edib ki, səfirlik İspaniya Xarici İşlər Nazirliyinə müraciət edib və qurum birbaşa Ermənistan səfirliyinə bununla bağlı Azərbaycanın etirazlarını çatdırıb. Onun sözlərinə görə, stend hələ də sərgidə qalır və yanvarın 25-də İspaniyadakı azərbaycanlı tələbələr stendin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.

Kazımov hələlik bu məsələ ilə bağlı İspaniya XİN-ə verdikləri notaya cavab almadıqlarını deyib.

Tam mətn

Ennio Morrikone Azərbaycan musiqi alətlərini tanıyır və…

Bakıya gələn ünlü italiyalı bəstəçi və dirijor Ennio Morrikone mətbuat konfransı keçirib. M Jurnalistlərin suallarını cavablandıran bəstəçi qeyd edib ki, Azərbaycanda konsert proqramı ilə çıxış etməkdən məmnundur: «Bakıda olmaq mənim üçün sevindirici hadisədir. İnanıram ki, sabahkı konserti uğurla başa vuracağıq və bizi dinləyənlər məmnun qalacaqlar. Ümumiyyətlə, bütün konsertlərim mənim…

Tam mətn

XİN: Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə iştirakı sübut olunarsa…

Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə iştirakı sübut olunarsa, qanun çərçivəsində lazımi addımlar atılacaq. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Suriyadakı döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması barədə saytlarda gedən informasiyaları şərh edən E. Abdullayev bildirib ki, Azərbaycan tərəfi bu məsələni diplomatik kanallarla araşdırmağa davam edir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Azərbaycanın Suriyadakı səfirliyi bununla əlaqədar fəaliyyətini dayandırıb. Səfirlik Livanın paytaxtı Beyruta köçürülüb və orada çalışır. Buna baxmayaraq, biz Suriyada baş verənləri diqqətlə izləyirik”.  

Abdulayevin fikrincə, əvvəlcə öldürülən şəxslərin Azərbaycan vətəndaşı olub-olmadığını müəyyənləşdirmək lazımdır, lakin Suriyada yaranmış vəziyyətə nəzərə alınarsa, bu çətindir: “Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə iştirakı müəyyənləşərsə, qanun çərçivəsində lazımi tədbirlər görüləcək”. 

Tam mətn

Qaraçuxurlu gənc Suriyada öldürülüb

Suriyada daha bir azərbaycanlı məchul amal uğrunda öldürülüb.  Bu xəbər  islamçı saytlardan yayılıb.  “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. O, Bakının Qaraçuxur qəsəbə sakini Vüsal Rəcəbovdur. Mücahidlər Vüsalın fotosunu da yayıblar.

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bu arada  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran Suriyada döyüşlərdə 100-ə yaxın azərbaycanlının həlak olması barədə məlumatlara münasibət bildirib. Duran bu günkü mətbuat konfransında deyib ki, mediada bununla bağlı hesabatlar, məlumatlara rast gəlir: “Bilirik ki, bu insanlar Suriyada döyüşərdə iştirak edə bilərlər. Azərbaycanda bir ailə bizə müraxiət edərk Suriyada olan ailə üzvü ilə əlaqə yaratmağa çalışdığını demişdi. Biz də Suriyadakı nümayəndəliyimizlə əlaqə saxlayaraq nə edə biləcəyimizi aydınlaşdırmağa çalışdıq”.

Duran bildirib ki, araşdırma nəticəsində məlum olub ki, Suriyada mühit çox mürəkkəbdir və ölkədə müxtəlif qruplardakı xarici ölkə vətəndaşları ilə əlaqə yaratmaq qeyri -mümkündür. Çünki Suriyada ərazi böyük, qruplar müxtəlif və çoxdur: “Suriyadakı nümayəndəlyimiz Suriya hakimiyyət orqanlarının saxlandığı iddia edilən 355 nəfərin siyahısını Suriya hakimiyyətinə təqldim edib. 355 insanın hamısı Suriya vətəndaşlarıdır, xaricilər deyil və aralarında azərbaycanlılar yoxdur. Təəssüf ki, xarici döyüşçülərin taleyinin aydınlaşdırılması ilə bağlı bizim Suriyada fəaliyyətimiz həddən artıq məhduddur. Biz tərəflərlə danışıqlar apararaq Suriyada müxtəlif ərazilərə daxil olmağı təmin etməyə çalışırıq. Bu yaxınlarda BQXK-nin rəhbəri də Suriyaya səfər edib və bu məsələni ən yüksək səviyyədə qadldırıb. Məqsədimiz döyüşlərdən zərər çəkən insanlara humanitar yardımı çatdırmaqdır, o zonalarda olan insanların ailələri ilə əlaqələrini təmin etməkdir. Təəssüf ki, Suriyadakı nümayəndəliyimiz xaricilərlə bağlı bu xidməti təklif edə bilmir”.

Tam mətn

SAM dünyanın 150 ən güclü beyin mərkəzi arasında 123-cü olub

Pensilvaniya Universitetinin (ABŞ) «Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı» 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) əsas reytinq sayılan «Dünya üzrə top-150 beyin mərkəzi» sıralamasında regional liderliyini qoruyaraq 123-cü yerdə qərarlaşıb. Ötən il SAM bu reytinqdə 124-cü olub.

Hesabatda SAM Mərkəzi və Şərqi Avropanın 31-ci ən yaxşı beyin mərkəzi seçilib. Ən yaxşı təbliğat aparan beyin mərkəzlərinin reytinqində SAM 52-ci olub.

SAM dünyada 27-ci, Avropada isə 9-cu ən güclü dövlət beyin mərkəzi seçilib. Ən yaxşı idarə olunan beyin mərkəzlərinin siyahısında isə SAM dünyada 49-cu yerdədir.

Hesabatda Azərbaycanda 17 beyin mərkəzinin olduğu qeyd edilib ki, bu da ölkəmizin MDB məkanında Rusiya və Ukrayna ilə birlikdə ilk üçlükdə qərarlaşdığını göstərir.

Tam mətn