Redaksiya

Avro-4 standartına keçidlə bağlı inzibati cəzalar sərtləşdirilə bilər

Komitə sədri bildirib ki, Azərbaycanda yollarda vəziyyətin tənzimlənməsi və qəzaların qarşısının alınması istiqamətində bir sıra islahatlar aparılıb və onların müəyyən səmərəsi olub: «Məsələn, nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçməsi ilə bağlı dəyişiklik çox müsbət addım idi. Çünki məntiqə də sığmırdı ki, təzə maşını necə hər il texniki baxışdan keçirmək…

Tam mətn

Azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb

Azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb. Güney xəbər qaynaqlarına görə, Fərzad Mədədzadə yanvarın 25-də 5 illik həbs cəzasını tamamladıqdan sonra Kərəc şəhərinin Rəcayişəhr həbsxanasından sərbəst buraxılıb. Bu siyasi məhbus 2009-cu ilin fevralında bacısı Şəbnəm Mədədzadə ilə birlikdə həbs edilib və İran hakimiyyətinə müxalif İran Xalq Mücahidləri Təşkilatı (İXMT) ilə əlaqə saxlamaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı müharibə aparmaqda təqsirləndirib. Onların bir qardaşı və bacısı da İXMT-nin İraqda vaxtilə mövcud olmuş “Əşrəf” düşərgəsində öldürülüb. Tehranın Evin zindanında on həftə təkadamlıq kamerada saxlanılmış azərbaycanlı siyasi məhbuslar onlara qarşı irəli sürülmüş bütün ittihamları rədd ediblər. Ancaq Tehran məhkəməsi onları sürgündə olmaqla 5 il həbs cəzasına məhkum edib.

ŞəbnəmMədədzadə İXMT ilə heç bir əlaqəsi olmadığını, onu yalnız həmin təşkilatın üzvü olan, İraqda mühacirətdə yaşayan və sonradan öldürülən bacı-qardaşına görə tutduqlarını bildirib. Tehran Pedaqoji Universitetinin tələbəsi olan 25 yaşlı məhbus 5 illik həbs cəzasını tamamladıqdan sonra yanvarın 21-də azadlığa buraxılıb. Şəbnəm Mədədzadə azadlığa buraxıldıqdan sonra həbsdə qaldığı müddətin 88 gününü Evin zindanının ən ağır və sərt rejimi ilə tanınan 209-cu korpusunda təkadamlıq kamerada saxlandığını, orada müxtəlif psixi və fiziki işgəncələrə məruz qoyulduğunu bildirib.

Tam mətn

ANAMA minaaxtaran itlərin ixracına başlayacaq

ANAMA  minaaxtaran itlərin ixracına başlamağı planlaşdırır. Bu barədə ANAMA direktoru Nazim İsmayılov məlumat verib.İsmayılovun sözlərinə görə, hazırda ANAMA-nın bazalarında minaaxtaran itlərin hazırlığı keçirilir. İndiyədək xeyli sayda it öyrədilərək əməliyyatlara cəlb olunub: «Biz indiyədək əsasən xarici ölkələrdən minaaxtaran itlər alırdıq. İtlər təhlükəsiz minatəmizləmə əməliyyatlarının təşkilində geniş istifadə olunur. ANAMA-nın fəaliyyətində də kifayət qədər belə nəticələr var».

ANAMA direktoru onu da qeyd edib ki, hazırda dünyada çox az ölkədə mina və partlayıcı maddələr axtaran itlər hazırlanır. Bu səbəbdən də dünyada minaaxtaran itlərin qiyməti bahadır. Hazırda ANAMA-nın əməliyyatlarında hazırda 36 minaaxtaran it iştirak edir.

Tam mətn

Penitensiar xidmətin əməkdaşlarının «işi» prokurorluğa göndərilib

Cəzaçəkmə müəssisələrinə telefon və narkotiklərin necə düşdüyünün «sirri» açılır.   Yəni bu hər kəsin bildiyi «sirlər» kateqoriyasına aid işlərdir əslində.  P Başqa biri — ədliyyə baş leytenantı Cavid Qasımov da Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi…

Tam mətn

Şəmkirdə 10 gün əvvəl müəllimənin 10 min manatını aparanlar qandallanıblar

Şəmkirdə quldurluq etməkdə  şübhəli bilinən iki rayon sakini saxlanılıb. Şəmkir polisindən bildirilir ki, Şəmkir rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək onun 10 min manatını aparan rayon sakinləri — 1992-ci il təvəllüdlü Əmirxan Abdıyev və 1993-cü il təvəllüdlü Abdulla Ələsgərli tutulublar.

Hadisə yanvarın 17-də saat 04:00 radələrində baş verib. Əmirxan Abdıyev və Abdulla Ələsgərli maska taxıb, əllərinə rezin əlcək geyinərək kənd sakini, rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək ona hədə-qorxu gəlib və 10 min manat pulunu alıblar. İstifadə etdikləri maska və əlcəkləri isə evin yaxınlığında atıblar. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

Tam mətn

Təsviri incəsənət ustaları albomlarla təqdim ediləcək

Milli İncəsənət Muzeyi əməkdaşlarının iştirakı ilə Azərbaycan təsviri incəsənət ustalarının həyat və yaradıcılığına həsr edilmiş “Zənginlik” adlı albomlar silsiləsi dərc edilib.   “Kitab klubu”nun yaydığı məlumata görə, kitab şəklində dərc edilmiş albomlar Azərbaycan və ingilis dillərində dərc edilib.

Topluya ümumilikdə Bəhruz Kəngərli, Əzim Əzimzadə, Kamil Əliyev, Lətif Kərimov, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Tahir Saahov, Ömər Eldarov, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, Vaciyə Səmədova, Fuad Əbdürrəhmanlı, Tokay Məmmədov, Cəlal Qaryağdı və başqalarının yaradıcılığı haqqında 36 albom daxildir.

Albomlar toplusunun dəyəri 432 manat, bir kitabın qiyməti 10-15 manat təşkil edir….

Tam mətn

«Naxçıvan xalçaçıları» ABŞ-da ingiliscə nəşr olunub

Azər-İlmə xalçaçılıq şirkətinin nəşr etdirdiyi «Naxçıvan xalçaçıları» kitabı ABŞ-da ingiliscə nəşr olunub.  Azər-İlmədən bildirilir ki, kitab Nyu-Yorkun Hudson Publishing nəşriyyat evində nəşr edilib:

“Professor Vidadi Muradovun müəllifi olduğu kitabın ingilis dilində nəşr olunması Azərbaycan xalçaçılığının dünyada təmsil və təbliğ olunması baxımından önəm daşıyır. Kitabda Muxtar Respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer alıb. Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən qaynaqlanan xalçalar işıqlandırılıb”.

Naxçıvan xalça məktəbi ilk dəfə Azər-İlmə tərəfindən kompleks tədqiqatlara cəlb olunub.

 …

Tam mətn