Redaksiya

«Fuad LTD»nin vurduğu ziyanı «Abşeron 2013» MMC ödəyəcək

Baş Prokurorluq “Fuad LTD” MMC-nin qanunsuz əməllərindən zərər çəkən məcburi köçkünün iddialarına cavab verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə cinayət işi üzrə Teymur Əliyev zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınıb:

“Məlumat üçün bildirirəm ki, “Fuad LTD” MMC tərəfindən Xırdalan şəhərində tikintisi aparılmış binadan 90 kvadrat metr ölçüdə, ümumi qiyməti 34.470 manat olan 2 otaqlı mənzilin alqı-satqısı barədə cəmiyyətlə Teymur Əliyev arasında müqavilə bağlanıb və Teymur Əliyev aldığı mənzilə görə ümumilikdə 14.409 manat ödəniş edib. Hazırda qeyd olunan binanın tikintisini davam etdirən «Abşeron 2013» MMC tərəfindən Teymur Əliyevə dəymiş ziyanın ödənilməsi məqsədilə ona mənzil verilməsi təklif olunub, lakin sonuncu həmin təklifi rədd edərək ödədiyi pulun geri qaytarılmasını tələb edib. Zərərçəkmişin tələbi ilə əlaqədar «Abşeron 2013» MMC tərəfindən Teymur Əliyevə dəymiş ziyanın ödənilməsi təmin ediləcək”.

Baş Prokurorluq bir müddət əvvəl “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə məlumat yayaraq həmin şirkətdən zərərçəkənlərin hamısına dəymiş ziyanın ödənildiyini qeyd edib. Lakin şirkətin qanunsuz əməllərindən zərər çəkən məcburi köçkün Teymur Əliyev mətbuata açıqlama verərək ona dəymiş ziyanın ödənilmədiyini bildirib. 

 …

Tam mətn

“Pal Süd Dağıtım”da korrupsiya faktı aşkarlanıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. bİLDİRİLİR Kİ, “Pal Süd Dağıtım” MMC əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə CM 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

 …

Tam mətn

Azərbaycanın, ümumiyyətlə, Şərqi Avropanın problemlərini nəzərə almadan hər hansı irəliləyiş mümkün deyil

O, qeyd edib ki, AŞ PA-nın yeni sədri seçildi və yeni sədrin fəaliyyətə başlaması AŞ PA üçün çox vacibdir: «Nəzərə almaq lazımdır ki, seçkilər zamanı Böyük Britaniyadan olan ikinci namizəd Robert Uolter 125 səs əldə etdi. Bu o deməkdir ki, AŞ PA-nın yeni seçilmiş sədri Avropada 47 ölkədə mövcud…

Tam mətn

Gürcüstan: məmurlar bahalı xidməti avtomobildən istifadə edə bilməyəcəklər

Qaydalara əsasən, dövlət təşkilatlarının tender təkliflərində təkcə avtomobilin ilkin dəyəri deyil, həm də onun il ərzində saxlanılmasına görə məbləğ göstəriləcək. Söhbət yanacaq sərfiyyatından, göstərilən xidmətdən və s. gedir. Bu da öz növbəsində, büdcə vəsaitlərinə xeyli qənaət etməyə imkan verəcək. Yeni qaydalara görə, avtomobil parkı 4 kateqoriyaya bölünüb. Ən aşağı…

Tam mətn

ATƏT Qarabağ bölgəsində gərginliyin artmasından narahatdır, işğaldan isə yox

Görüş zamanı ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik həmsədrlərə sərhəddə və təmas xəttində son hadisələr haqqında məlumat verib. Həmsədrlər regionda zorakılığın davam etməsi ilə bağlı dərin narahatlıqlarını bildiriblər və qeyd ediblər ki, bu yaxınlarda baş verən insidentlər danışıqları pozur və sülh perspektivlərini azaldır. Onlar tərəfləri atəşkəs rejimi şərtlərinə…

Tam mətn

Azərbaycan-Macarıstan biznes forumu: viza proseduru sadələşəcək

Budapeştlə Bakı arasında birbaşa hava nəqliyyatının açılması iki ölkənin işgüzar, eləcə də turizm sahəsində əlaqələrinin inkişafına böyük töhfə verəcək.  Mustafayev qeyd edib ki, iki ölkə arasında əlaqələr sənaye, enerji, nəqliyyat, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühitin mühafizəsi, mədəniyyət, turizm və s. sahələrdə dinamik inkişaf edir: «Belə inkişafa səbəb…

Tam mətn

Uzunömürlülüklə bağlı araşdırmaların nəticələri açıqlanıb

Dünyada, o cümlədən Azərbaycanda uzunömürlü insanların əksəriyyəti qadınlar olsa da, həmin üç rayonda aparılmış tədqiqatların nəticələrinə görə, Lerik, Astara və Lənkəranda qadınlarla müqayisədə uzunömürlü kişilərin sayı çoxdur. Tədqiqatın nəticəsinə görə, Lerikdə uzunömürlülüklə bağlı vəziyyət daha yaxşıdır. Orada uzunömürlülər sağlamlıq durumu, xüsusilə, beyinlərinin fəaliyyətinə görə üstündürlər. Lerikdə aparılan tədqiqatların nəticələrinə…

Tam mətn