Redaksiya

İrandan bir əldən narkotik daşınır

Sərhədçilər İrandan qanunsuz yolla ölkəyə 58 kiloqrama yaxın narkotik vasitənin gətirilməsinin qarşısını alıblar. Dövlət Sərhəd Xidməti bildirir ki, Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən…

Tam mətn

Mərakeş çəyirtkələri ölkəmizin üstünə yeridi…

Mərakeş çəyirtkələri ölkəmizin üzərinə yeridi, cənub rayonları təhlükədədir. Havaların istiləşməsi ilə kənd təsərrüfatı üçün son dərəcə təhlükəli olan Mərakeş çəyirtkələri Biləsuvar rayonun da əkin və otlaq sahələrində müşahidə olunmağa başlanıb.  Küdrü düzünün Biləsüvar rayonundakı  ərazisi Mərakeş  çəyirtkələrinin yayıldığı ən təhlükəli yerlərdən hesab olunur. Mövcud problemlə bağlı artıq Kənd Təsərrüfatı  Nazirliyi…

Tam mətn

“Sərhədsiz reportyorlar” Rauf Mirqədirova qarşı ittihamları absurd adlandırdı

“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı bəyanatla çıxış edərək Ermənistanın xeyrinə casusluqda ittiham olunan tanınmış jurnalist və siyasi icmalçı Rauf Mirqədirovun həbsini pisləyib. “Rauf Mirqədirovu ölkədən qanunsuz çıxarmaqla Türkiyə hakimiyyəti bu jurnalistin Azərbaycanda təqib olunmasna bağlı olduğunu göstərdi”, — təşkilatın MDB və Şərqi Avropa şöbəsinin rəhbəri Yohan Bir bildirib. “Rauf Mirqədirova…

Tam mətn

Rauf Mirqədirovun atası: “O, öz dövlətini, millətini sevən insandır»

Rauf Mirqədirovun atası prezident İlham Əliyevə müraciət edərək, dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən jurnalist oğlunun azadlığa buraxılmasını xahiş edib.ı 83 yaşlı Həbibulla Mirqədirov qeyd edir ki, onun oğlu hər zaman vətənpərvər olub və Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olub. Xatırladır ki, Rauf Mirqədirov “Həsən bəy Zərdabi” jurnalist mükafatının…

Tam mətn

SOCAR Aşqabatda Berdımuhammedov ilə danışıqlar aparıb

SOCAR rəhbərinin Türkmənistana səfərinin yekunlarına dair yaılan məlumatda deyilir ki,  Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev iki ölkə arasında səmərəli dialoqu hərtərəfli möhkəmləndirməyə hazır olduqlarını bildiriblər. Bu nikbin məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti Rövnəq Abdullayevin bu ölkəyə səfərinin yekunları ilə bağlı dərc edib….

Tam mətn

Royalbank əmanətçiləri pullarını geri tələb edirlər

Royalbank keçmiş kommersiya bankının onlarca əmanətçisinin Mərkəzi Bank (AMB) qarşısında əmanətlərinin qaytarılması tələbi ilə keçirdiyi aksiya ondan xəbər verir ki,  bank sektorunda işlər qəliz olaraq qalır.  Royalbank iki il olar AMB tərəfindən ləğv edilib. Həmin vaxt Əmanətlərin Sığortası Fondunun zəmanəti altna düşən əmanətlər qaytarılıb. Digər əmanətlərin qaytarılması AMB-nin xüsusi olaraq…

Tam mətn

Məmmədyarovdan Moskvada Xəzər açıqlaması

Elmar Məmmədyarov Azərbaycanın mövqeyini bu şəkildə ifadə edir ki,  Xəzərin dibindən boru kəmərlərinin çəkilməsi beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. Xəzər dənizində tərəflərin silahl qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu barədə Məmmədyarov çərşənbə axşamı Moskvada Xəzəryanı ölkələrin XİN…

Tam mətn