Rafiq İsmayılov

MİLLİ TƏƏSSÜBKEŞLİK: EMOSİONALLIQ, YOXSA RASİONALLIQ?

İTV-də debat rusdilli ictimaiyyəti sakitləşdirdi. Bununla da gözümüz önündə günbəgün dəyişən İctimai kanal öz media funksiyasını yerinə yetirdi: cəmiyyətdə gərginliyi yumşaltmaq üçün problemdən qaçmadı, onun üstünə yeridi. Azər Həsrət məqaləsində qıcıq yaradan bir sıra fikirlərin qələt olduğunu etiraf etdi. Məlum oldu ki, onun arqumentləri də yanlış imiş, çünki real faktlara söykənmirdi. Hətta faktlar doğru olsa belə… Məgər qəbul imtahanlarında 700 bal toplamaq yüksək intellekt göstəricisidir?

Tam mətn

İDXAL EDİLMİŞ KURİKULUM

VƏ YA ŞÜURUMUZU NECƏ REFRESH EDƏK Tələbəlikdə diamatdan şüur və materiya haqqında dinlədiyim mühazirələr maraqlı gəlsə də, onları sxolastik sayırdım. Hansı ilkindir: şüur, yoxsa materiya, hansı vacibdir: forma, yoxsa məzmun – bütün bunlar sərxoş söhbətlərin baş ağrıdan paradokslarla dolu mövzularından başqa bir şey deyildi. Özümü fəxrlə materialist hesab edirdim. O mənada ki, gördüklərimi məntiqlə izah etməyə çalışırdım. Fərqinə varmırdım ki, məntiq də şüurdur, idrakdır. Axı kim deyə bilər ki, kosmik idrak məntiqsizlik, xaos, absurd deməkdir.

Tam mətn