Yurdum, yuvam, məskənimsəm…
«Mütləq «Oskar» mükafatı alacağam» deyəndən sonra jurnalistlər onu «yüksək ambisiyalı aktrisa» adlandırırlar. Söz yayırlar ki, ərköyündür, dünyanın pulunu da versən, ssenarisini bəyənmədiyi filmdə çəkilməz. Yazırlar ki, həddən artıq tələbkardır. Heç kimə, özünə də güzəştə getmir: «yaxşı» — onunçün pis qiymətdir, hər işi «əla» görməlidir. Teatr tamaşasında canlandıracağı obraz pyesdə cəmi iki dəqiqəlik bayan çalıb oxumalıdırsa, altı ay şəhərin bu başından o başına bayan çalmağı öyrənmək üçün kurslara gedəcək.