İsmayıl Umudlu

Stalinin nəticəsi babasını «təmiz adam» sayır

Demə ki, Stalinin Tbilisdə yaşayan nəticəsi varmış — Yakov Cuqaşvili və bu cənab öz tiran babasını «təmiz adam» bilirmiş, hətta «çoxlu kitab oxuyub» və buna inanıb. Milyonları repressiya maşınının ağzına ötrüməsi həqiqətini isə «təbliğat zir-zibili» sayır. «Stalinin cinayətkar hərəkətləri təsdiq olunmayıb. Əksinə, onun müsbət işləri çox olub. Böyük Vətən…

Tam mətn

Paytaxtı dəyişmək fikrinə düşüblər

İranda paytaxtın dəyişdirilməsi barədə niyyətlər var. Xəbərlərə görə, Paytaxtın dəyişdirilməsi üçün yaradılmış tədqiqat institutu yeni paytaxtla bağlı qərarı iki il ərzində verməlidir. Bir sıra şəhərlər bu məqsədə münasib görülür və bu namizəd şəhərlər sırasında Azərbaycanın inzibati və mədəniyyət mərkəzi Təbriz də yer alır. «Təbriz İrana paytaxt ola biləcək şəhərlər…

Tam mətn

Qurdlarla rəqs meydanında

Dağıstan, İnquşetiya, Çeçenistan, Kabarda-Balkar və digər Quzey Qafqaz respublikaları faktik olaraq dotasiya şəraitində yaşayır. 2008-2012-ci illərdə modernləşmə və humanitar siyasət adı altında sabiq Rusiya prezidenti Dmitri Medvedev bu regionlarda sosial-iqtisadi siyasəti dəyişmək üçün bir sıra təşəbbüslər irəli sürsə də, bütün bunlar heç bir nəticə vermədi. Quzey Qafqazda bir yandan…

Tam mətn

«Qəbələ RLS-in bağlanmasında siyasi motiv yoxdur»

Qəbələ rayonunda yerləşən «Daryal» RLS 1985-ci ildə istifadəyə verilib. SSRİ-də belə stansiyaların sayı 10 olub. 1991-ci ildən sonra altı stansiya Rusiyanın sərhədlərindən kənarda qaldı və həmin respublikaların mülkiyyətinə çevrildi. Belorusda olan stansiya Rusiya ilə danışıqlardan sonra Moskvanın mülkiyyətinə verildi. Latviyadakı RLS partladıldı. Qazaxıstanda və Azərbaycanda olan RLS isə Rusiyaya…

Tam mətn

Rəbiyyət Aslanova: «Freedom House-un nə deyəcəyi məlumdur və heç bir əhəmiyyəti də yoxdur»

Freedom House-un bu mövqeyinin qərəzli və reallıqdan uzaq olduğu üçün artıq onun növbəti hesabatlarında da başqa münasibətin olacağı ehtimal edilmir. Bunu MM İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova özünün mətbuat üçün yaydığı açıqlamasında Freedom House-un növbəti hesabatına münasibətini bildirərkən deyir. Komitə xatırladır ki, bu hesatlarda Azərbaycan artıq 8-ci ildir…

Tam mətn

Ziyalılar Forumundan namizəd olmayacaq

Müxalif düşərgənin vahid namizəd məsələsində nümayiş etdirdiyi fikir ayrılığı seçkilər yaxınlaşdıqca daha da kəskinləşə bilər. Proseslər bundan xəbər verir. Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli son günlər müxalifət düşərgəsində baş verən proseslərlə bağlı açıqlamasında təmsil etdiyi Ziyalılar Forumunun hələlik bu proseslərə seyrçi gözü ilə baxdığını bildirib. Cəmil Həsənlinin sözlərinə…

Tam mətn

Cavad Abbasi istefa verdi

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri Mahmudəli Çöhrəqanlı təşkilatın sədr müavini, İdarə Heyəti üzvü Cavad Abbasinin istefasını qəbul etməyib. GAMOH-dan APA-ya verilən məlumata görə, Çöhrəqanlının ictimaiyyətə açıqlamasında deyilir: «Milli hərəkat və GAMOH uzun illərdir böyük millətimizin azadlığı uğrunda fars şovinizmi ilə mücadilə etməkdədir. Bölgə və dünyadakı…

Tam mətn