Milli Məclis «qiyamət günü» toplandı
Milli Məclisin dünənki iclası mayyalıların dünyaya vəd etdiyi «qiyamət» gününə təsadüf etsə də, deputatların əhvalında hər hansı bir nigaranlıq nəzərə çarpmırdı. İclasa tələsən deputatlar foyedə bir-biriləri ilə görüşür və məmnuniyyətlə jurnalistlərin suallarını cavablandırırdılar. İclas başlandıqda MM sədri Oqtay Əsədov cari məsələlərlə bağlı çıxış üçün kimin israrlı olacağı ilə maraqlandı….